https://sputnik.az/20220329/ermenistan-sulhe-telesir-oyuncaq-rejimin-temsilcileri-qorxuya-dusub-440567242.html
Ermənistan sülhə tələsir: Oyuncaq rejimin təmsilçiləri qorxuya düşüb
Ermənistan sülhə tələsir: Oyuncaq rejimin təmsilçiləri qorxuya düşüb
Sputnik Azərbaycan
Millət vəkili Arzu Nağıyev deyib ki, Azərbaycanın Ermənistanı sülhə məcburetmə siyasəti artıq öz effektiv nəticələrini verməkdədir. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T16:29+0400
2022-03-29T16:29+0400
2022-03-29T16:20+0400
arzu nağıyev
qarabağ
tofiq abbasov
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687422_359:0:1920:878_1920x0_80_0_0_7cbd527bb4dda09120e324ccaf396ab8.jpg
BAKI, 29 mart — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının iclasında Yerevan və Bakı arasında dərhal sülh danışıqlarının başlaması bəyan edilib.Xatırladaq ki, son günlər Rusiya sülhməramlılarının nəzarət zonasında yerləşən ərazilərdə qalan erməni silahlıları tərəfindən Azərbaycan ordusuna qarşı müxtəlif təxribatlar törədilirdi. Bir neçə gün öncə Azərbaycan ordusunun bölmələri ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri nəzarətə götürüb.SputnikAzərbaycan Ermənistandan ünvanlanan sülh çağırışları ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənistanın belə bəyanatlarını səmimi qəbul etmək olmaz.Millət vəkilinin sözlərinə görə, onların sülhə əməl edəcəyinə etimad etmək sadəlövhlükdür: "Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan diplomatik və hərbi sferada diqtə etdiyi şərtləri necə olur-olsun yerinə yetirəcək və yetirir. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir, əks halda hər hansı prosesdən söhbət gedə bilməz".Ermənistan Qərb və Rusiya arasında siyasi gedişlər etməyə çalışır deyən Arzu Nağıyev bildirib ki, Azərbaycanın konkret mövqeyi var: "Azərbaycan Ermənistana 5 müddəalıq təklif təqdim edib və onların yerinə yetirilməsini tələb edir. Ölkəmiz 10 noyabr üçtərəfli bəyanatının müddəalarının yerinə yetirilməsini istəyir. Azərbaycan sülh quruculuğu prosesində, eyni zamanda Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının reinteqrsiyasında maraqlıdır. Vətən Müharibəsindən sonra Qarabağdakı separatçı rejim çətin vəziyyətə düşüb. Onlar oyuncaq rejimlərinin mövcudluğuna son qoyulacağının fərqindədirlər. Ona görə də mövcud vəziyyətin qorunması üçün sülh müqaviləsinin imzalanmasını istəyirlər. Azərbaycan isə birmənalı şəkildə ərazi bütövlüyü və suverenliyinin qarşında dayanan maneələri aradan qaldıracaq"."Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Ermənistan hökuməti də dalan vəziyyətindən çıxmaq üçün sülhdən başqa seçimlərinin olmadığını anlayır. Paşinyan yeni prezidentin seçilməsindən sonra göstərməyə çalışır ki, sülhün tərəfdarıdır və müharibəyə qarşıdır. Lakin Ermənistanın hansı niyyəti daşımasından asılı olmayaraq Azərbaycan öz müstəqil daxili və xarici siyasətini inamla davam etdirir. Azərbaycanın Ermənistanı sülhə məcburetmə siyasəti artıq öz effektiv nəticələrini verməkdədir" – deyə millət vəkili vurğulayıb.Politoloq Tofiq Abbasov isə bildirib ki, Ermənistan sözdə sülh danışıqlarına hazır olduğunu desə də, əməldə buna hazır deyil.Onun sözlərinə görə, Qarabağda qalan erməni terrorçuları hələ də ciddi cəhdlə çalışırlar ki, yeni mövqelər düzəltsinlər: "Azərbaycan tərəfi təbii olaraq onların bu cinayətkar hərəkətlərinə imkan verməyəcək. Onların təxribatyönümlü cəhdləri isə səmərəsiz qalacaq. Əgər Qarabağda yaşayan erməni əsilli əhali sakit, dinc həyat istəyirsə, onlar ilk növbədə özləri həmin cinayətkarları oradan rədd eləməlidirlər. Bununla da Azərbaycan dövlətinə loyallıqlarını sözdə yox, əməldə tədiqləmiş olacaqlar".Politoloq qeyd edib ki, Qarabağda qalmış erməni silahlı tör-töküntüləri yerli camaatı 30 il ərzində qorxu-təzyiq altında kazarma rejimində yaşamağa məcbur ediblər: "Azərbaycan dövlətinin rəhbərliyi və ordusu baş verən bütün proseslərə nəzarət edir. Bu günlərdə daha bir zəfər yürüşü keçirildi. Fərrux kəndində mövqelənmiş separatçılar həmin ərazidən təmizləndi. Azərbaycan ordusunun atdığı addımlar təhlükəsizliyin qorunması və təmin edilməsi üçündür. Ermənistan Təhlükəsizlik Şurası sülhdən danışırsa, onda bu niyyətə sadiq olduqlarını göstərməlidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687422_749:0:1920:878_1920x0_80_0_0_e036b7a4c715e437dc38f73030356b0f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
arzu nağıyev, tofiq abbasov
arzu nağıyev, tofiq abbasov
Ermənistan sülhə tələsir: Oyuncaq rejimin təmsilçiləri qorxuya düşüb
Millət vəkili Arzu Nağıyev deyib ki, Azərbaycanın Ermənistanı sülhə məcburetmə siyasəti artıq öz effektiv nəticələrini verməkdədir.
BAKI, 29 mart — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının iclasında Yerevan və Bakı arasında dərhal sülh danışıqlarının başlaması bəyan edilib.
Xatırladaq ki, son günlər Rusiya sülhməramlılarının nəzarət zonasında yerləşən ərazilərdə qalan erməni silahlıları tərəfindən Azərbaycan ordusuna qarşı müxtəlif təxribatlar törədilirdi. Bir neçə gün öncə Azərbaycan ordusunun bölmələri ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri nəzarətə götürüb.
SputnikAzərbaycan Ermənistandan ünvanlanan sülh çağırışları ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənistanın belə bəyanatlarını səmimi qəbul etmək olmaz.
Millət vəkilinin sözlərinə görə, onların sülhə əməl edəcəyinə etimad etmək sadəlövhlükdür: "Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan diplomatik və hərbi sferada diqtə etdiyi şərtləri necə olur-olsun yerinə yetirəcək və yetirir. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir, əks halda hər hansı prosesdən söhbət gedə bilməz".
Ermənistan Qərb və Rusiya arasında siyasi gedişlər etməyə çalışır deyən Arzu Nağıyev bildirib ki, Azərbaycanın konkret mövqeyi var:
"Azərbaycan Ermənistana 5 müddəalıq təklif təqdim edib və onların yerinə yetirilməsini tələb edir. Ölkəmiz 10 noyabr üçtərəfli bəyanatının müddəalarının yerinə yetirilməsini istəyir. Azərbaycan sülh quruculuğu prosesində, eyni zamanda Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının reinteqrsiyasında maraqlıdır. Vətən Müharibəsindən sonra Qarabağdakı separatçı rejim çətin vəziyyətə düşüb. Onlar oyuncaq rejimlərinin mövcudluğuna son qoyulacağının fərqindədirlər. Ona görə də mövcud vəziyyətin qorunması üçün sülh müqaviləsinin imzalanmasını istəyirlər. Azərbaycan isə birmənalı şəkildə ərazi bütövlüyü və suverenliyinin qarşında dayanan maneələri aradan qaldıracaq".
"Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Ermənistan hökuməti də dalan vəziyyətindən çıxmaq üçün sülhdən başqa seçimlərinin olmadığını anlayır. Paşinyan yeni prezidentin seçilməsindən sonra göstərməyə çalışır ki, sülhün tərəfdarıdır və müharibəyə qarşıdır. Lakin Ermənistanın hansı niyyəti daşımasından asılı olmayaraq Azərbaycan öz müstəqil daxili və xarici siyasətini inamla davam etdirir. Azərbaycanın Ermənistanı sülhə məcburetmə siyasəti artıq öz effektiv nəticələrini verməkdədir" – deyə millət vəkili vurğulayıb.
Politoloq Tofiq Abbasov isə bildirib ki, Ermənistan sözdə sülh danışıqlarına hazır olduğunu desə də, əməldə buna hazır deyil.
Onun sözlərinə görə, Qarabağda qalan erməni terrorçuları hələ də ciddi cəhdlə çalışırlar ki, yeni mövqelər düzəltsinlər: "Azərbaycan tərəfi təbii olaraq onların bu cinayətkar hərəkətlərinə imkan verməyəcək. Onların təxribatyönümlü cəhdləri isə səmərəsiz qalacaq. Əgər Qarabağda yaşayan erməni əsilli əhali sakit, dinc həyat istəyirsə, onlar ilk növbədə özləri həmin cinayətkarları oradan rədd eləməlidirlər. Bununla da Azərbaycan dövlətinə loyallıqlarını sözdə yox, əməldə tədiqləmiş olacaqlar".
Politoloq qeyd edib ki, Qarabağda qalmış erməni silahlı tör-töküntüləri yerli camaatı 30 il ərzində qorxu-təzyiq altında kazarma rejimində yaşamağa məcbur ediblər: "Azərbaycan dövlətinin rəhbərliyi və ordusu baş verən bütün proseslərə nəzarət edir. Bu günlərdə daha bir zəfər yürüşü keçirildi. Fərrux kəndində mövqelənmiş separatçılar həmin ərazidən təmizləndi. Azərbaycan ordusunun atdığı addımlar təhlükəsizliyin qorunması və təmin edilməsi üçündür. Ermənistan Təhlükəsizlik Şurası sülhdən danışırsa, onda bu niyyətə sadiq olduqlarını göstərməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.