https://sputnik.az/20220329/bu-erazilerde-avtomobiller-ucun-stansiyalar-qurasdirilacaq-440571306.html
Bu ərazilərdə avtomobillər üçün stansiyalar quraşdırılacaq
Bu ərazilərdə avtomobillər üçün stansiyalar quraşdırılacaq
Sputnik Azərbaycan
Həmçinin, ekoloji təmiz avtomobillərin ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T23:29+0400
2022-03-29T23:29+0400
2022-03-29T23:29+0400
avtomobil
paytaxt xəbərləri
bakı
parkinq
https://cdnn1.img.sputnik.az/img/42145/91/421459113_0:156:3001:1844_1920x0_80_0_0_005909602d4b4a0b2182608d15fe2529.jpg
BAKI, 29 mart — Sputnik. Azərbaycanda elektromobillərin istifadəsi üçün infrastrukturun genişləndirilməsi planlaşdırılır.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.Onun sözlərinə görə, parklanma yerlərində elektromobillər üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur."Bundan başqa, avtomobil dayanacaqlarında elektromobil və hibrid avtomobillər üçün səyyar enerjiyığma stansiyalarının quraşdırılması üzrə işlər planlaşdırılır. Həmçinin, ekoloji təmiz avtomobillərin ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur", - deyə o deyib.R.Qurbanov əlavə edib ki, bu gün Azərbaycanda elektromobillər üçün 33 enerjiyığma stansiyası fəaliyyət göstərir. Onlardan 22-si Bakıda, 11-i regionlarda yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240725/vahid-parklama-kartinda-guzestler-olacaq--ombudsman-aparati-439895133.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42145/91/421459113_166:0:2833:2000_1920x0_80_0_0_de298efa40dd7ff95683e4a39117b170.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtomobil, bakı, parkinq
Bu ərazilərdə avtomobillər üçün stansiyalar quraşdırılacaq
Həmçinin, ekoloji təmiz avtomobillərin ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur.
BAKI, 29 mart — Sputnik. Azərbaycanda elektromobillərin istifadəsi üçün infrastrukturun genişləndirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, parklanma yerlərində elektromobillər üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
"Bundan başqa, avtomobil dayanacaqlarında elektromobil və hibrid avtomobillər üçün səyyar enerjiyığma stansiyalarının quraşdırılması üzrə işlər planlaşdırılır. Həmçinin, ekoloji təmiz avtomobillərin ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur", - deyə o deyib.
R.Qurbanov əlavə edib ki, bu gün Azərbaycanda elektromobillər üçün 33 enerjiyığma stansiyası fəaliyyət göstərir. Onlardan 22-si Bakıda, 11-i regionlarda yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.