https://sputnik.az/20220329/bakida-korpe-qizi-ile-dilencilik-eden-qadin-saxlanilib-440558088.html
Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb
Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb
Sputnik Azərbaycan
Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T12:50+0400
2022-03-29T12:50+0400
2022-03-29T13:11+0400
bakı
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440558038_0:0:1000:563_1920x0_80_0_0_2f961bc75707791641c9f5c2bca335b6.jpg
BAKI, 29 mart — Sputnik. Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Yevlax rayon sakini N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə (RPİ) dəvət edilib.Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib.Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağlamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib.N.Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq deyib ki, təkcə ötən il Bakı şəhəri üzrə 347 nəzarət-profilaktik reydlər keçirilib. Dilənçilik – tufeyli həyat tərzi sürən uşaqların dairəsi, yerləri müəyyən olunmaqla qanuna müvafiq tədbirlər görülüb.Onun sözlərinə görə, ötən il polis tərəfindən paytaxtda 2003 uşaq tapılıb: "Həmin 2003 nəfərdən onlarla uşaq təkrar aşkarlanıb. 71 uşaq profilaktik uçota götürülməklə hüquqları təmin edilib. Digərləri isə ailə üzvləri, qohumları tapılaraq onlara təhvil verilib. Aşkarlanan uşaqlardan 493-ü dilənçilik edib, 12-si atılmış körpə olub. Qeyd olunan dövrdə 61 uşaq müvafiq sığınacaqlara yerləşdirilib, reabilitasiyası həyata keçirilib. Hazırda Bakı şəhəri üzrə 164 uşaq profilaktik uçotdadır ki, gündəlik həmin uşaqlarla əlaqədar iş aparılır, hərəkətlərinə nəzarət edilir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440558038_0:0:1000:751_1920x0_80_0_0_899d9ac5be59a0866425e3b2debd9a17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı
Bakıda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb
12:50 29.03.2022 (Yenilənib: 13:11 29.03.2022) Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib.
BAKI, 29 mart — Sputnik. Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yevlax rayon sakini N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə (RPİ) dəvət edilib.
Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.
Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib.
Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağlamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib.
N.Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq deyib ki, təkcə ötən il Bakı şəhəri üzrə 347 nəzarət-profilaktik reydlər keçirilib. Dilənçilik – tufeyli həyat tərzi sürən uşaqların dairəsi, yerləri müəyyən olunmaqla qanuna müvafiq tədbirlər görülüb.
Onun sözlərinə görə, ötən il polis tərəfindən paytaxtda 2003 uşaq tapılıb: "Həmin 2003 nəfərdən onlarla uşaq təkrar aşkarlanıb. 71 uşaq profilaktik uçota götürülməklə hüquqları təmin edilib. Digərləri isə ailə üzvləri, qohumları tapılaraq onlara təhvil verilib. Aşkarlanan uşaqlardan 493-ü dilənçilik edib, 12-si atılmış körpə olub. Qeyd olunan dövrdə 61 uşaq müvafiq sığınacaqlara yerləşdirilib, reabilitasiyası həyata keçirilib. Hazırda Bakı şəhəri üzrə 164 uşaq profilaktik uçotdadır ki, gündəlik həmin uşaqlarla əlaqədar iş aparılır, hərəkətlərinə nəzarət edilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.