https://sputnik.az/20220329/baki-mekteblerinde-psixoloq-yerlerine-vakansiya-var-440558265.html
Bakı məktəblərində psixoloq yerlərinə vakansiya var
Bakı məktəblərində psixoloq yerlərinə vakansiya var
Sputnik Azərbaycan
Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T18:52+0400
2022-03-29T18:52+0400
2022-03-29T18:52+0400
bakı
paytaxt xəbərləri
təhsil
bakı şəhəri üzrə təhsil idarəsi
məktəb
https://cdnn1.img.sputnik.az/img/40724/88/407248849_0:98:1920:1178_1920x0_80_0_0_e2fbd2e0c63c816f24a3ece0c83fbdf9.jpg
BAKI, 29 mart — Sputnik. Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd vakansiya seçimi edib.Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə fevralın 1-dən başlanılıb. Müsabiqə 5 mərhələdən (elektron qeydiyyat, elektron ərizələrin yoxlanılması, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir.Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 40 sual (30 psixologiya, 5 məntiq, 5 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibələrdə iştirak etmək hüququ qazanacaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40724/88/407248849_110:0:1810:1275_1920x0_80_0_0_7b774012f9a4d13dbe7073e9ae9bda14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, təhsil, bakı şəhəri üzrə təhsil idarəsi, məktəb
bakı, təhsil, bakı şəhəri üzrə təhsil idarəsi, məktəb
Bakı məktəblərində psixoloq yerlərinə vakansiya var
Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.
BAKI, 29 mart — Sputnik. Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd vakansiya seçimi edib.
Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.
Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə fevralın 1-dən başlanılıb. Müsabiqə 5 mərhələdən (elektron qeydiyyat, elektron ərizələrin yoxlanılması, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 40 sual (30 psixologiya, 5 məntiq, 5 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibələrdə iştirak etmək hüququ qazanacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.