QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Fərrux kəndi ətrafındakı vəziyyətə biganə qala bilməz - politoloqlardan etiraz

Əsgər - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Politoloq Oleq Kuznetsov bildirib ki, Fərrux qanunsuz erməni silahlı dəstələri tərəfdən baza kimi istifadə olunurdu.
BAKI, 29 mart — Sputnik. Politoloq Oleq Kuznetsov Sputnik Azərbaycan-a Qarabağın Fərrux kəndi ətrafında vəziyyət barədə danışıb.
Ekspert bildirib ki, Azərbaycan ordusunun bu kənd ətrafında tədbirləri rəsmi Bakının Qarabağ bölgəsində sabitlik və təhlükəsizliyin əldə olunması üzrə səyləri ilə uzlaşır.
© Sputnik / Murad OrujovOleq Kuznetsov – rusiyalı tarixçi
Oleq Kuznetsov – rusiyalı tarixçi - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Oleq Kuznetsov – rusiyalı tarixçi
Onun sözlərinə görə, Fərrux qanunsuz erməni silahlı dəstələri tərəfdən baza kimi istifadə olunurdu. Poltioloq bildirib ki, erməni yaraqlıları yerli camaatı "canlı sipər" istifadə edib, əslində girov kimi saxlayırmışlar:
"Bu şəraitdə Azərbaycan hərbçiləri daha əvvəl kənd ətrafında yüksəklikləri ələ keçirərək, yaraqlıları yerli erməniləri sərbəst buraxıb yaşayış məntəqəsini tərk etməyə məcbur ediblər. Bundan sonra respublikanın ordu bölmələri kəndin ətrafındakı yeni mövqelərdə yerləşərək kənd camaatının müdafiəsini təmini ilə məşğul olurlar.
Kuznetsovun yekunda bildirib ki, Rusiya sülhməramlıları məhz sözü gedən ərazidə vəziyyəti müşahidə ediblər və bu, onları tam qane edib.
Politoloq İlqar Vəlizadə isə bildirib ki, kəndin strateji əhəmiyyəti hal-hazırda aktiv bərpa olunan Xaçınçay su anbarına yaxın yerləşməsindədir:
"Su anbarı Azərbaycanın Ağdam və Ağcabədi rayonlarının suvarılmasında böyük rol oynayır. Rəsmi Bakı həm kənddə, həm ətraf yüksəkliklərdə nəzarətin təmin edilməsində maraqlıdır. Çünki bu qanunsuz erməni dəstələrinin ən fəal olduğu rayonun ərazisinə vizual nəzarəti həyata keçirməyə imkan verir".
"Müharibədən il yarım keçsə də, əfsuslar olsun, bu birləşmələr nəinki hələ də oradadır, hətta Bakının hərəkətlərinə müqavimət göstərmək niyyətini də nümayiş etdirirlər. Sözsüz ki, Azərbaycan tərəfi belə hərəkətlərə biganə qala bilməz", - deyə Vəlizadə fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusunun bölmələri ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri nəzarətə götürüb. Müdafiə Nazirliyinin martın 27-də yaydığı açıqlamada bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.
Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0