Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya-Ukrayna danışıqlarının İstanbul raunduna hazırlıq gedir: Görüş tarixi yerdə olacaq

© AFP 2024 / KARIM SAHIBTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Ərdoğan hər iki ölkənin liderləri ilə apardığı telefon danışıqlarının məhsuldar olduğunu vurğulayıb.
BAKI, 28 mart - Sputnik. Rusiya-Ukrayna müharibəsinin bitməsi, sülhün bərqərar olması üçün səmimi səylər göstərən yeganə ölkə Türkiyədir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, sabah (29 mart - red.) İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi iki ölkə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək.
Ərdoğan iki ölkənin liderləri ilə apardığı telefon danışıqlarının da məhsuldar olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyə mətbuatı Rusiya-Ukrayna danışıqlarının İstanbulda harada keçiriləcəyi barədə xəbər yayıb.

Ölkə KİV-i yazır ki, tərəflərin görüşü tarixi Dolmabahçe sarayında baş tutacaq.

Görüş mətbuat təmsilçiləri üçün qapalı olacaq və tədbirin 10:30-da (yerli vaxtla) başlaması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0