https://sputnik.az/20220327/rusiya-ve-ukrayna-numayende-heyetlerinin-novbeti-gorusu-stanbulda-kecirilecek-440504189.html
Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü İstanbulda keçiriləcək
Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü İstanbulda keçiriləcək
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T22:20+0400
2022-03-27T22:20+0400
2022-03-27T22:20+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e6/03/07/439943655_0:76:2113:1265_1920x0_80_0_0_ce9af96a1ddbc47e9bc12716f812fea7.jpg
BAKI, 27 mart - Sputnik. Rusiya və Ukraynanın danışıqlar aparan nümayəndə heyətlərinin növbəti görüşü İstanbulda keçiriləcək. RİA Novosti xəbər verir ki, belə bir razılıq Türkiyə və Rusiya prezidentlərinin danışıqları zamanı əldə olunub.“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiya və Ukrayna danışıqlar qruplarının növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər”, - deyə Türkiyə liderinin ofisinin açıqlamasında bildirilir.Qeyd edək ki, danışıqların martın 29-30-da davam etdiriləcəyi barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski öz Telegram kanalında bildirib:"Bu gün Ukrayna ilə videokonfransla bağlı danışıqların növbəti raundu keçirilib. Nəticədə martın 29-30-da əyani şəkildə görüşmək qərara alınıb".Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə DXR və LPR qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220327/oz-ayagina-gulle-atmaq-rusiyaya-qarsi-sanksiyalar-dunyaya-nece-tesir-etdi-440501305.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/07/439943655_163:0:1950:1340_1920x0_80_0_0_9204af321bd42d4d55573cf84f3605a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, danışıqlar
rusiya, ukrayna, danışıqlar
Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü İstanbulda keçiriləcək
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
BAKI, 27 mart - Sputnik. Rusiya və Ukraynanın danışıqlar aparan nümayəndə heyətlərinin növbəti görüşü İstanbulda keçiriləcək. RİA Novosti xəbər verir ki, belə bir razılıq Türkiyə və Rusiya prezidentlərinin danışıqları zamanı əldə olunub.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiya və Ukrayna danışıqlar qruplarının növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər”, - deyə Türkiyə liderinin ofisinin açıqlamasında bildirilir.
Qeyd edək ki, danışıqların martın 29-30-da davam etdiriləcəyi barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski öz Telegram kanalında bildirib:
"Bu gün Ukrayna ilə videokonfransla bağlı danışıqların növbəti raundu keçirilib. Nəticədə martın 29-30-da əyani şəkildə görüşmək qərara alınıb".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə DXR və LPR qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.