https://sputnik.az/20220326/turkiyedeki-akkuyu-aes-i-planlasdirildigi-vaxtda-istismara-verilecek---direktor-440485022.html
Türkiyədəki "Akkuyu" AES-i planlaşdırıldığı vaxtda istismara veriləcək - Direktor
Türkiyədəki "Akkuyu" AES-i planlaşdırıldığı vaxtda istismara veriləcək - Direktor
Sputnik Azərbaycan
Layihə Rusiya ilə Türkiyə arasında bağlanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. 26.03.2022, Sputnik Azərbaycan
2022-03-26T22:10+0400
2022-03-26T22:10+0400
2022-03-26T22:15+0400
rusiya
türkiyə
akkuyu atom elektrik stansiyası
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426433640_0:71:1349:829_1920x0_80_0_0_afbd862718102fdb33770feaba6ee315.jpg
BAKI, 26 mart - Sputnik. Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən Türkiyədə inşa edilən “Akkuyu” ilk Atom Elektrik Stansiyası (AES) qrafikə uyğun istifadəyə veriləcək.TASS xəbər verir ki, bu barədə şənbə günü "Akkuyu nuklear" SC-nin baş direktorunun birinci müavini - tikilməkdə olan "Akkuyu" atom elektrik stansiyasının direktoru Sergey Butskix məlumat verib."Birinci enerji blokunun turbin zalının tikintisi davam edir. Biz nüvə reaktoru korpusunun ikinci enerji blokunda yığmağa hazırlaşırıq. Üçüncü enerji blokunun təməli qoyulub, tikinti davam edir. Dördüncü enerji blokunda bünövrə çuxurunun qazıntısı aparılıb, bünövrəni betonla tökməyə hazırlaşırıq. Biz qarşıya qoyulan tapşırıqları, şübhəsiz ki, vaxtında yerinə yetirəcəyik və elektrik stansiyasını işə salacağıq”, - deyə “Dünya” qəzeti onun sözlərini sitat gətirir.Qeyd edək ki, Akkuyu AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır.Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış Türkiyə Respublikasında Akkuyu ərazisində AES-in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.Layihə çərçivəsində Rusiya istehsalı olan VVER (su-sulu enerji reaktoru) 3+ nəsil reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur. AES-in hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.“Rosatom” Dövlət Korporasiyası “Akkuyu Nuklear” şirkətinin əsas səhmdarıdır, zavodun layihələndirilməsi, tikintisi, texniki xidməti, istismarı və istismardan çıxarılması üzrə öhdəlikləri öz üzərinə götürüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/rusiya-ve-ukrayna-herbcileri-raziliga-geldiler-440247533.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426433640_74:0:1273:899_1920x0_80_0_0_1edaf47af5d9c0e6962d0a2ccccb6f69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, akkuyu atom elektrik stansiyası, rusiya
türkiyə, akkuyu atom elektrik stansiyası, rusiya
Türkiyədəki "Akkuyu" AES-i planlaşdırıldığı vaxtda istismara veriləcək - Direktor
22:10 26.03.2022 (Yenilənib: 22:15 26.03.2022) Layihə Rusiya ilə Türkiyə arasında bağlanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
BAKI, 26 mart - Sputnik. Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən Türkiyədə inşa edilən “Akkuyu” ilk Atom Elektrik Stansiyası (AES) qrafikə uyğun istifadəyə veriləcək.TASS xəbər verir ki, bu barədə şənbə günü "Akkuyu nuklear" SC-nin baş direktorunun birinci müavini - tikilməkdə olan "Akkuyu" atom elektrik stansiyasının direktoru Sergey Butskix məlumat verib.
"Birinci enerji blokunun turbin zalının tikintisi davam edir. Biz nüvə reaktoru korpusunun ikinci enerji blokunda yığmağa hazırlaşırıq. Üçüncü enerji blokunun təməli qoyulub, tikinti davam edir. Dördüncü enerji blokunda bünövrə çuxurunun qazıntısı aparılıb, bünövrəni betonla tökməyə hazırlaşırıq. Biz qarşıya qoyulan tapşırıqları, şübhəsiz ki, vaxtında yerinə yetirəcəyik və elektrik stansiyasını işə salacağıq”, - deyə “Dünya” qəzeti onun sözlərini sitat gətirir.
Qeyd edək ki, Akkuyu AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır.
Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış Türkiyə Respublikasında Akkuyu ərazisində AES-in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
Layihə çərçivəsində Rusiya istehsalı olan VVER (su-sulu enerji reaktoru) 3+ nəsil reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur. AES-in hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.
“Rosatom” Dövlət Korporasiyası “Akkuyu Nuklear” şirkətinin əsas səhmdarıdır, zavodun layihələndirilməsi, tikintisi, texniki xidməti, istismarı və istismardan çıxarılması üzrə öhdəlikləri öz üzərinə götürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.