https://sputnik.az/20220326/rusiya-baki-ve-revani-temkinli-olmaga-cagirib--440485422.html
Rusiya XİN Bakı və Yerevanı təmkinli olmağa çağırıb
Rusiya XİN Bakı və Yerevanı təmkinli olmağa çağırıb
Sputnik Azərbaycan
Rəsmi Bakı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı məlumatlarına hələlik münasibət bildirməyib. 26.03.2022, Sputnik Azərbaycan
2022-03-26T22:27+0400
2022-03-26T22:27+0400
2022-03-26T22:33+0400
qarabağ
rusiya
azərbaycan
ermənistan
sülhməramlılar
türkiyə-rusiya birgə monitorinq mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493617_0:0:3073:1728_1920x0_80_0_0_fb0f75de9c0250d3fb1799d761cb2a2d.jpg
BAKI, 26 mart - Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və mövcud üçtərəfli sazişlərə ən yüksək səviyyədə ciddi əməl olunmasını təmin etməyə çağırıb.“Rusiya sülhməramlı kontingentinin xətti ilə hər iki tərəflə əməkdaşlıq çərçivəsində regionda vəziyyətin deeskalasiyası üçün lazımi tədbirlər görülür”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli məlumat bülletenində atəşkəs rejiminin pozulması faktları barədə məlumat verilib.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Bayraktar-TB2 tipli pilotsuz uçuş aparatı ilə Furux kəndi yaxınlığında 4 zərbə endirib.Bundan əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərdiyini bildirib.Nazirlik bildirib ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220326/separatcilarin-qarabagdaki-tor-tokuntuleri-sulhun-baglanmasina-mane-olur---rey-440480196.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493617_0:0:2731:2048_1920x0_80_0_0_568536edb7a0deb96a7abd5055210640.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, ermənistan, sülhməramlılar, türkiyə-rusiya birgə monitorinq mərkəzi
rusiya, azərbaycan, ermənistan, sülhməramlılar, türkiyə-rusiya birgə monitorinq mərkəzi
Rusiya XİN Bakı və Yerevanı təmkinli olmağa çağırıb
22:27 26.03.2022 (Yenilənib: 22:33 26.03.2022) Rəsmi Bakı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı məlumatlarına hələlik münasibət bildirməyib.
BAKI, 26 mart - Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və mövcud üçtərəfli sazişlərə ən yüksək səviyyədə ciddi əməl olunmasını təmin etməyə çağırıb.
“Rusiya sülhməramlı kontingentinin xətti ilə hər iki tərəflə əməkdaşlıq çərçivəsində regionda vəziyyətin deeskalasiyası üçün lazımi tədbirlər görülür”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli məlumat bülletenində atəşkəs rejiminin pozulması faktları barədə məlumat verilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Bayraktar-TB2 tipli pilotsuz uçuş aparatı ilə Furux kəndi yaxınlığında 4 zərbə endirib.
Bundan əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərdiyini bildirib.
Nazirlik bildirib ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.