Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanı BMT TŞ-dən kənarlaşdırmaq cəhdlərinin hüquqi əsası yoxdur - Medvedev

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
Bundan əvvəl Medvedev Telegram kanalında "Rusiyanın ölkəmizin bütün həyasız düşmənlərini yerində oturtmaq üçün kifayət qədər gücü var" demişdi.
BAKI, 26mart - Sputnik. Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü və ən güclü nüvə silahı ehtiyatının sahibidir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti və RT-yə müsahibəsində deyib.
O bildirib ki, heç kim heç kimi təhdid etməsə də, çəkindirmə qüvvələrinin xüsusi həyəcan rejiminə keçməsi ən “isti başları” soyuda bilər.
Bundan əvvəl Medvedev Telegram kanalında "Rusiyanın ölkəmizin bütün həyasız düşmənlərini yerində oturtmaq üçün kifayət qədər gücü var" demişdi.
“Nə demək istədiyimi sizinlə biz çox yaxşı başa düşürük. Rusiya adi bir dövlət deyil, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətdir. Yeri gəlmişkən, deyim ki, bizi oradan kənarlaşdırmaq üçün edilən bütün axmaq cəhdlər heç nəyə - nə BMT Nizamnaməsinə, nə də beynəlxalq hüquqa əsaslanmır - yalnız ayrı-ayrı dövlətlərin istəkləridir. Bu birincisi... İkincisi, Rusiya nüvə dövlətidir, ən güclü nüvə silahı ehtiyatının, strateji arsenalların sahibidir”, - deyə Medvedev bəyanatına aydınlıq gətirilməsi xahişinə cavab olaraq bildirib.
O əlavə edib ki, “təbii ki, heç kim heç kəsi heç nə ilə təhdid etmir” və xatırladıb ki, bu yaxınlarda Rusiyanın strateji potensialı “xüsusi rejimə keçirilib ki, hamı, əgər digər dövlətlər ölkəmizin kursuna təsir göstərməyə çalışsalar, üzləşəcəkləri təhlükələri başa düşsün”.
"Bu qeyd edildi, dedilər ki, biz heç nə etməyəcəyik, amma ümidvaram ki, Polşada və Amerika Birləşmiş Ştatlarının bəzi digər peyk ölkələrində, ən "qaynar başlar" soyudu. Üstəlik, orada vaxtaşırı Ukrayna üzərində hava məkanının bağlanması kimi axmaq ideyalar hələ də doğulur. Eyni zamanda, Pentaqondan və başqa yerlərdən daha soyuqqanlı analitiklər deyirlər ki, bunu etmək mümkün deyil, çünki bu, ölkəmizlə birbaşa münaqişəyə gətirib çıxaracaq”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl NATO-nun aparıcı ölkələrinin yüksək rütbəli rəsmilərinin Rusiya Federasiyasına qarşı aqressiv bəyanatları fonunda çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyinə keçməsi barədə göstəriş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 25.03.2022
RUSİYA
İnsanlar rəğbət, mədəniyyət vasitəsilə birləşsə, həqiqət öz yolunu tutar - Putin
Xəbər lenti
0