https://sputnik.az/20220324/zaxarova-rusiya-azerbaycan-munasibetlerinin-tarixi-koku-var-440439592.html
Zaxarova: Rusiya-Azərbaycan münasibətlərinin tarixi kökü var
Zaxarova: Rusiya-Azərbaycan münasibətlərinin tarixi kökü var
Sputnik Azərbaycan
Mariya Zaxarova qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra əlamətdar tədbirlər hazırlayır. 24.03.2022, Sputnik Azərbaycan
2022-03-24T20:36+0400
2022-03-24T20:36+0400
2022-03-24T23:01+0400
rusiya xin
rusiya
delimitasiya
azərbaycan
münasibət
təklif
vasitəçilik
ermənistan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 24 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması üçün Rusiyanın məsləhətçi vasitəçiliyi ilə aparılan idarələrarası təmaslar davam edir."9 yanvar 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsində bir sıra prioritet sahələrə diqqət yetirilir. Baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli İşçi Qrupun işi heç də istədiyimiz kimi sürətlə getmir, lakin dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirilməklə nəqliyyat marşrutlarının inkişafı üzrə layihələr paketinin əlaqələndirilməsi davam edir”, - Zaxarova brifinq zamanı bildirib.Azərbaycan-Rusiya münasibətləri"Rusiya-Azərbaycan münasibətlərinin tarixi, xalqlarımız arasındakı münasibətlərin tarixi uzun və dərindir. Bu münasibətlərin tarixi kökü var", deyə Rusiya XİN sözçüsü bəyan edib.Mariya Zaxarova həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra əlamətdar tədbirlər hazırlayır."Bura rəsmi təbrik mesajlarının mübadiləsi və müxtəlif səviyyələrdə görüşlər daxildir. Mədəni-humanitar əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir. Artıq Rusiyada Azərbaycan günləri çərçivəsində sərgilər və konsertlər keçirilir", - o deyib.Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında Mmüttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanması fonunda qeyd olunması rəmzidir."Bu sənəd bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi, hərbi-siyasi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar açır", - o deyib.Azərbaycanın Ukrayna məsələsində vasitəçiliyiRusiya Ukrayna ilə bağlı ölkələrin təklif etdiyi vasitəçilikdən heç vaxt imtina etməyib. Hesab edirik, vasitəçilik təklif edən ölkələr ötən səkkiz il ərzində öz nüfuzlarından istifadə edib Kiyev rejiminə öz öhdəliklərini yerinə yetirməklə bağlı təsir edə bilərdilər.APA- bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?" sualına cavabında bildirib."İndi biz bütün konstruktiv təkliflərə baxırıq. Hansısa nəticələrə gətirib çıxaracaq faydalı təşəbbüslərə reaksiya veririk. Digər tərəfdən, görüş naminə görüş, təşəbbüs naminə təşəbbüs variant deyil. Ona görə də, konstruktiv olan təkliflərə baxacağıq. Bununla belə, biz diplomatik nizamlanmaya kömək etməyə hazır olan hər kəsə minnətdarıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, delimitasiya, azərbaycan, münasibət, təklif, vasitəçilik, ermənistan, sərhəd
rusiya xin, delimitasiya, azərbaycan, münasibət, təklif, vasitəçilik, ermənistan, sərhəd
Zaxarova: Rusiya-Azərbaycan münasibətlərinin tarixi kökü var
20:36 24.03.2022 (Yenilənib: 23:01 24.03.2022) Mariya Zaxarova qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra əlamətdar tədbirlər hazırlayır.
BAKI, 24 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması üçün Rusiyanın məsləhətçi vasitəçiliyi ilə aparılan idarələrarası təmaslar davam edir.
"9 yanvar 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsində bir sıra prioritet sahələrə diqqət yetirilir. Baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli İşçi Qrupun işi heç də istədiyimiz kimi sürətlə getmir, lakin dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirilməklə nəqliyyat marşrutlarının inkişafı üzrə layihələr paketinin əlaqələndirilməsi davam edir”, - Zaxarova brifinq zamanı bildirib.
Azərbaycan-Rusiya münasibətləri
"Rusiya-Azərbaycan münasibətlərinin tarixi, xalqlarımız arasındakı münasibətlərin tarixi uzun və dərindir. Bu münasibətlərin tarixi kökü var", deyə Rusiya XİN sözçüsü bəyan edib.
Mariya Zaxarova həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra əlamətdar tədbirlər hazırlayır.
"Bura rəsmi təbrik mesajlarının mübadiləsi və müxtəlif səviyyələrdə görüşlər daxildir. Mədəni-humanitar əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir. Artıq Rusiyada Azərbaycan günləri çərçivəsində sərgilər və konsertlər keçirilir", - o deyib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında Mmüttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanması fonunda qeyd olunması rəmzidir.
"Bu sənəd bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi, hərbi-siyasi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar açır", - o deyib.
Azərbaycanın Ukrayna məsələsində vasitəçiliyi
Rusiya Ukrayna ilə bağlı ölkələrin təklif etdiyi vasitəçilikdən heç vaxt imtina etməyib. Hesab edirik, vasitəçilik təklif edən ölkələr ötən səkkiz il ərzində öz nüfuzlarından istifadə edib Kiyev rejiminə öz öhdəliklərini yerinə yetirməklə bağlı təsir edə bilərdilər.
APA- bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?" sualına cavabında bildirib.
"İndi biz bütün konstruktiv təkliflərə baxırıq. Hansısa nəticələrə gətirib çıxaracaq faydalı təşəbbüslərə reaksiya veririk. Digər tərəfdən, görüş naminə görüş, təşəbbüs naminə təşəbbüs variant deyil. Ona görə də, konstruktiv olan təkliflərə baxacağıq. Bununla belə, biz diplomatik nizamlanmaya kömək etməyə hazır olan hər kəsə minnətdarıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.