https://sputnik.az/20220324/ukraynanin-daha-60-herbi-obyekti-vurulub---rusiya-mn-440424372.html
Ukraynanın daha 60 hərbi obyekti vurulub - Rusiya MN
Ukraynanın daha 60 hərbi obyekti vurulub - Rusiya MN
Sputnik Azərbaycan
Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib. 24.03.2022, Sputnik Azərbaycan
2022-03-24T12:36+0400
2022-03-24T12:36+0400
2022-03-24T14:57+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya müdafiə nazirliyi
iqor konaşenkov
ukrayna
hərbi obyekt
pua
https://cdnn1.img.sputnik.az/img/07e6/03/18/440422574_0:46:3072:1774_1920x0_80_0_0_aecae9acba864490994269d760203a6b.jpg
BAKI, 24 mart - Sputnik. Rusiya qüvvələri daha bir şəhəri tam nəzarət altına götürüblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib. Söhbət Xarkov vilayətindəki İzyum şəhərindən gedir."ABŞ-nın Ukraynada bioloji silaha üzrə fəaliyyətlə əlaqəsini təsdiqləyən yeni faktlar aşkarlanıb", - Konaşenkov əlavə edib. Onun sözlərinə görə, Rusiya aviasiyası gecə ərzində 60 hərbi obyektə zərbələr endirilib. Yüksək dəqiqlikli silahlarla 13 zenit raket komplekslərinin atəş qurğuları məhv edilib.Konaşenkov onu da əlavə edib ki, ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib.Əməliyyat başlayandan Ukrayna ordusunun 257 PUA, 202 zenit raket kompleksi, 1572 tankı və digər texnikası məhv edilib.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220324/baltika-pelengleri-ucuruma-tullanmaga-hazirlasirlar-440417234.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/18/440422574_341:0:3072:2048_1920x0_80_0_0_e41d422ade401c88c792c1dddbaaab7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya müdafiə nazirliyi, iqor konaşenkov, ukrayna, hərbi obyekt, pua
rusiya müdafiə nazirliyi, iqor konaşenkov, ukrayna, hərbi obyekt, pua
Ukraynanın daha 60 hərbi obyekti vurulub - Rusiya MN
12:36 24.03.2022 (Yenilənib: 14:57 24.03.2022) Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib.
BAKI, 24 mart - Sputnik. Rusiya qüvvələri daha bir şəhəri tam nəzarət altına götürüblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
Söhbət Xarkov vilayətindəki İzyum şəhərindən gedir.
"ABŞ-nın Ukraynada bioloji silaha üzrə fəaliyyətlə əlaqəsini təsdiqləyən yeni faktlar aşkarlanıb", - Konaşenkov əlavə edib.
Onun sözlərinə görə, Rusiya aviasiyası gecə ərzində 60 hərbi obyektə zərbələr endirilib. Yüksək dəqiqlikli silahlarla 13 zenit raket komplekslərinin atəş qurğuları məhv edilib.
Konaşenkov onu da əlavə edib ki, ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib.
Əməliyyat başlayandan Ukrayna ordusunun 257 PUA, 202 zenit raket kompleksi, 1572 tankı və digər texnikası məhv edilib.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.