Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 24.03.2022
Abunə olmaq
"İclasda Ukrayna ilə danışıqlar prosesi ilə bağlı ətraflı söhbət olub. Ukrayna tərəfinin ləngliyinə görə təəssüf hissi ifadə olunub", - prezidentin mətbuat katibi bildirib.
BAKI, 24 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib, dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"İclasda Mişustin (Mixail), Matviyenko (Valentina), Volodin (Vyaçeslav), Medvedev (Dmitri), Patruşev (Nikolay), Kolokoltsev (Vladimir), Lavrov (Sergey), Şoyqu (Sergey), Bortnikov (Aleksandr), Narışkin (Sergey) və Sergey İvanov iştirak ediblər. İclas iştirakçıları ölkədə mövcud makroiqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müdafiə naziri Şoyqu xüsusi hərbi əməliyyatın gedişi, eləcə də işğaldan azad edilmiş ərazilərdə humanitar yardımın göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və həyati vacib infrastrukturun bərpası üzrə davam edən hərbi səylər haqqında məlumat verib”, - deyə Peskov bildirib.
Bundan başqa, onun sözlərinə görə, iclasda anti-sanksiya mövzularına da toxunulub.
"Ukrayna ilə danışıqlar prosesi ilə bağlı ətraflı söhbət olub. Ukrayna tərəfinin ləngliyinə görə təəssüf hissi ifadə olunub", - prezidentin mətbuat katibi bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0