Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Naməlum şəxslər Moskvada XTNS-də “Azərbaycan” pavilyonunun minalanması haqda bildiriblər

© AZƏRTACMoskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu - Sputnik Azərbaycan, 1920, 24.03.2022
Abunə olmaq
2019-cu ilin noyabr ayından Rusiyada müxtəlif obyektlərin “minalanması” dalğası müşahidə olunur.
BAKI, 24 mart - Sputnik. Moskvadakı XTNS-in “Azərbaycan” pavilyonu “minalanma” xəbərindən sonra yoxlanılır. Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
“XTNS-in "Azərbaycan" pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - agentliyin həmsöhbəti bildirib.
2019-cu ilin noyabr ayından Rusiyada müxtəlif obyektlərin “minalanması” dalğası müşahidə olunur. Naməlum şəxslər məhkəmələrdə, məktəblərdə, ticarət mərkəzlərində, mağazalarda, universitetlərdə, dəmiryol vağzallarında və hava limanlarında bomba hədələri barədə məlumatların yer aldığı elektron məktublar göndərirlər. Bu məktublar daha çox xaricdən göndərilirdi. Rusiya FTX, onların gəldiyi bir neçə xarici resursun bloklanması barədə məlumat verib.
Xəbər lenti
0