Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada xüsusi əməliyyat başlayandan 184 təyyarə və helikopter məhv edilib - RF MN

© Photo : Ministry of Defence of the Russian Federation"Bastion" sahil raket kompleksindən zərbə endirilməsi
Bastion sahil raket kompleksindən zərbə endirilməsi - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Konaşenkov bildirib ki, Rusiya hərbçiləri Ukraynanın Rovno şəhərinin şimal-qərbindəki böyük bir arsenalı dəqiq idarə olunan dəniz əsaslı silahlarla məhv edib.
BAKI, 23 mart - Sputnik. Rusiya aviasiyası son sutka ərzində Ukraynda 97 hərbi obyekti məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə əsasən, ötən gecə Rusiya aviasiyası tərəfindən Kiyev yaxınlığında Ukraynanın iki ədəd “Toçka-U” taktiki raket kompleksi də məhv edilib: “Rusiyanın Ka-52 və Mi-28N helikopterləri gecə hücumları zamanı Ukrayna silahlı qüvvələrinin səkkiz tankını, beş piyada döyüş maşını və zirehli transportyorunu məhv edib. Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi 184 təyyarə və helikopter, 246 PUA və 189 hava hücumundan müdafiə sistemi məhv edilib.
Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus Su-24 və 16 pilotsuz uçuş aparatını, o cümlədən Rojin, Kapraşov və Maksim Qorki yaşayış məntəqələrində üç “Bayraktar TB-2”-ni vurub”.
Konaşenkov bildirib ki, Rusiya hərbçiləri Ukraynanın Rovno şəhərinin şimal-qərbindəki böyük bir arsenalı dəqiq idarə olunan dəniz əsaslı silahlarla məhv edib: "Martın 22-də axşam saatlarında dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar Rovne şəhərindən 14 kilometr şimal-qərbdə yerləşən Orjev yaşayış məntəqəsindəki arsenala zərbə endirib. Zərbə nəticəsində Ukrayna qoşunlarının silah və hərbi texnika arsenalı, o cümlədən Qərb ölkələrindən alınan silah və texnikası məhv edilib”.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ABŞ hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukrayna dövlətçiliyinə daha çox Polşanın "ikinci cəbhəsi" təhlükə yaradır
Xəbər lenti
0