QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyidəhmədli kəndində qeydə alınıb.
BAKI, 23 mart - Sputnik. Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyidəhmədli kəndində qeydə alınıb.
APA-nın xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir  - Sputnik Azərbaycan, 1920, 09.03.2022
QARABAĞ
Azad edilən torpaqlarımızda onlarla mina aşkar edildi
Xəbər lenti
0