https://sputnik.az/20220322/sutka-erzinde-ukraynaya-mexsus-83-herbi-obyekt-vurulub---rusiya-mn-440386979.html
Sutka ərzində Ukraynaya məxsus 83 hərbi obyekt vurulub - Rusiya MN
Sutka ərzində Ukraynaya məxsus 83 hərbi obyekt vurulub - Rusiya MN
Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələrinin bölmələri sutka ərzində daha 4 km irəliləyərək Novomixaylovka yaşayış məntəqəsinə yaxınlaşıblar. 22.03.2022, Sputnik Azərbaycan
2022-03-22T21:40+0400
2022-03-22T21:40+0400
2022-03-22T21:40+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya müdafiə nazirliyi
rusiya silahlı qüvvələri
iqor konaşenkov
pua
bayraktar
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440387528_0:283:3138:2048_1920x0_80_0_0_cd23e4eb4e84d688c0a0bb5979063ec7.jpg
BAKI, 22 mart - Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə bağlı növbəti məlumatını paylaşıb.Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun bildirdiyinə görə, Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası bir sutka ərzində Ukraynaya məxsus 83 hərbi obyekti vurub. Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar ilə zərbələr endirilib.Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri sutka ərzində daha 4 km irəliləyərək Novomixaylovka yaşayış məntəqəsinə yaxınlaşıblar.Bundan əlavə, Lisiçansk və Kramatorskda Ukrayna qoşunlarının iri yanacaq və sürtkü materialları anbarları, Drujkovkada raket və artilleriya silahları anbarı, Nadejdinka və Novoaleksandrivkada silah-sursat anbarları məhv edilib. Həmçinin hava hücumundan müdafiə sistemləri bir "Bayraktar TB-2" olmaqla, 6 Ukrayna PUA-nı havada vurub.Bildirilib ki, xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 236 PUA, 185 hava hücumundan müdafiə sistemi, 1547 tank və digər zirehli döyüş maşını, 154 MLRS, 612 səhra artilleriyası və minaatan, o cümlədən 1343 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440387528_407:0:3138:2048_1920x0_80_0_0_cb86a6d936a0b91a890753260c7db14b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya müdafiə nazirliyi, rusiya silahlı qüvvələri, iqor konaşenkov, pua, bayraktar
rusiya müdafiə nazirliyi, rusiya silahlı qüvvələri, iqor konaşenkov, pua, bayraktar
Sutka ərzində Ukraynaya məxsus 83 hərbi obyekt vurulub - Rusiya MN
Rusiya Silahlı Qüvvələrinin bölmələri sutka ərzində daha 4 km irəliləyərək Novomixaylovka yaşayış məntəqəsinə yaxınlaşıblar.
BAKI, 22 mart - Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə bağlı növbəti məlumatını paylaşıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun bildirdiyinə görə, Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası bir sutka ərzində Ukraynaya məxsus 83 hərbi obyekti vurub. Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar ilə zərbələr endirilib.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri sutka ərzində daha 4 km irəliləyərək Novomixaylovka yaşayış məntəqəsinə yaxınlaşıblar.
Bundan əlavə, Lisiçansk və Kramatorskda Ukrayna qoşunlarının iri yanacaq və sürtkü materialları anbarları, Drujkovkada raket və artilleriya silahları anbarı, Nadejdinka və Novoaleksandrivkada silah-sursat anbarları məhv edilib. Həmçinin hava hücumundan müdafiə sistemləri bir "Bayraktar TB-2" olmaqla, 6 Ukrayna PUA-nı havada vurub.
Bildirilib ki, xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 236 PUA, 185 hava hücumundan müdafiə sistemi, 1547 tank və digər zirehli döyüş maşını, 154 MLRS, 612 səhra artilleriyası və minaatan, o cümlədən 1343 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.