Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Dmitri Peskov: "Beynəlxalq hüquq işləmir"

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков
 Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков  - Sputnik Azərbaycan, 1920, 22.03.2022
Abunə olmaq
Rusiyalıların əksəriyyəti Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı və ölkə prezidentini dəstəkləyir.
BAKI, 22 mart - Sputnik. “Biz Ukrayna ilə daha fəal və səmərəli danışıqlar aparmaq istərdik”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Düzdür, müəyyən proseslər gedir. Lakin biz daha məzmunlu danışıqlar arzulayırıq”, - o bildirib.
Onun sözlərinə əsasən, Rusiya və Ukrayna heyətlərinin danışıqları istəniləndən daha ləng və məzmunsuz gedir.
"Neçə gün əvvəl Moskva danışıqlar çərçivəsində Ukrayna tərəfinə sənədlərin layihələrini təqdim edib. Bəziləri üzrə cavab var, bəziləri üzrə yox" - Peskov deyib.
Peskov həmçinin bildirib ki, hazırda dünyada rusofobiya yayılıb: “Bunun qarşısını almaq üçün çox az tədbir görülür. Çünki beynəlxalq hüquq faktiki olaraq işləmir”.
Sözçü qeyd edib ki, rusiyalıların əksəriyyəti Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı və ölkə prezidentini dəstəkləyir.
Peskovun fikrincə, Qərbdə yaradılan hay-küy avropalılara dərrakəli qərarlar verməyə mane olur.
O həmçinin vurğulayıb ki, Rusiya Ukraynanın millətçilərdən azad edilmiş ərazilərində hər hansı xüsusi qurumlar yaratmır.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0