Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna millətçiləri Sumıda təxribat törədiblər - Rusiya MN son vəziyyəti açıqladı

© Photo : Rusiya Federasiyasının Müdafiə NazirliyiRusiya ordusu Suriyada, arxiv şəkli
Rusiya ordusu Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Rusiya Aerokosmik Qüvvələri tərəfindən Rovno vilayətindəki əcnəbi muzdluların və ukraynalı millətçilərin təlim mərkəzinə qanadlı raketlərlə zərbə endirilib.
BAKI, 21 mart - Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat paylaşıb.
Qeyd olunur ki, ötən gecə ərzində Ukraynanın 44 hərbi obyekti, o cümlədən 4 komanda məntəqəsi, 6 "Buk M-1" kompleksi, 4 silah anbarı aviasiya tərəfindən vurulub.
Ukrayna millətçiləri Sumıda təxribat törədiblər. Guya ammonyak sızması baş verib. Sözügedən təxribata hazırlıqla bağlı Rusiya Müdafiə Nazirliyi öncədən xəbərdarlıq etmişdi.
"Rusiya Silahlı Qüvvələri Ukraynada zəhərli maddələrin saxlanması və ya istehsalı obyektlərinə zərbə endirmir. Sözügedən obyektlərdə fövqəladə vəziyyətə görə Kiyev rejimi cavabdehdir", - Rusiya MN bildirib.
Ötən gecə ərzində Rusiyaya məxsus "Ka-52" və "Mi-28N" helikopterlərindən ibarət qrup tərəfindən 8 tank, 4 piyada döyüş maşını və 3 zirehli transportyoru məhv edilib.
Rusiya Aerokosmik Qüvvələri tərəfindən Rovno vilayətindəki əcnəbi muzdluların və ukraynalı millətçilərin təlim mərkəzinə qanadlı raketlərlə zərbə endirilib.
Rovne vilayətində əcnəbi muzdluların təlim mərkəzinə endirilən zərbə nəticəsində 80-dən çox muzdlu və millətçi məhv edilib.
Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 216 pilotsuz uçuş aparatı, 1506 tank və 152 MLRS qurğusu məhv olub.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0