Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyi ələ keçirilən Ukrayna silahlarını nümayiş etdirib - VİDEO

© AP Photo / Vadim GhirdaKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Onlar geri çəkilən zaman tanklar, zirehli transportyorlar, çoxlu atıcı silahlar, tank əleyhinə silahlar və yaxşı vəziyyətdə olan sursatları tərk ediblər.
BAKI, 21 mart - Sputnik. Rusiya Müdafiə Nazirliyi bu gün Kiyev vilayətində ələ keçirilən batalyonların və Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikasını əks etdirən video yayımlayıb.
Nazirliyin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri Ukraynanın milli batalyonlarının və Silahlı Qüvvələrinin hərbçilərini Kiyev ətrafı qəsəbədən sıxışdırıb çıxarıb.
"Onlar geri çəkilən zaman tanklar, zirehli transportyorlar, çoxlu atıcı silahlar, tank əleyhinə silahlar və yaxşı vəziyyətdə olan sursatları tərk ediblər”, - məlumatda deyilir.
Müdafiə Nazirliyi Rusiya desantları tərəfindən ələ keçirilən Ukrayna Silahlı Qüvvələrinin texnikası və silahlarının “DXR” və “LXR” xalq milislərinin hərbçilərinə veriləcəyini vurğulayıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0