Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada “WhatsApp” mesencerinin də bloklanması təklif edilib

© AP Photo / Richard DrewИконки соцальные сетей
Иконки соцальные сетей - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Rusiyanın İctimai Palatasının işçi qrupunun rəhbəri Aleksandr Malkeviç deyib ki, “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir.
BAKI, 21 mart - Sputnik. Rusiyanın İctimai Palatası Federasiya ərazisində “WhatsApp” mesencerinin bloklanmasını təklif edib.
Bu barədə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç TASS-a bildirib.
Qrup rəhbərinin sözlərinə görə, ölkədə Meta şirkətinin məhsulları olan “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir.
"“WhatsApp” mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz", - Malkeviç deyib.
Xatırladaq ki, bu gün Rusiyada Tver məhkəməsinin qərarı ilə "Facebook" və "Instagram" sosial şəbəkələri "ekstremizmi yaydıqlarına görə" qadağan ediliblər.
Məhkəmə qərarın dərhal icra olunacağını bildirib.
Baş Prokurorluq qaldırdığı iddianı rusları növbəti dəfə hüquqlarının pozulmasından qorumaq istəyi ilə izah edib.
O qeyd edib ki, Instagram Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə saxta məlumatların silinməsi ilə bağlı 4,5 mindən çox müraciətə və icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.
Prokurorların fikrincə, ekstremist məlumatlar həm ayrı-ayrı şəxsləri, həm də bütövlükdə cəmiyyəti təhdid edir.
Baş Prokurorluq vurğulayıb ki, şirkət Rusiya hərbçilərinin öldürülməsi ilə bağlı çağırışlara icazə verməklə öz qaydalarını pozur.
Prokuror qeyd edib ki, qərar WhatsApp messencerinə şamil edilmir, lakin insanlar yalnız bu xidmətlərdən istifadə etdiklərinə görə cəzalandırılmayacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Facebook-un yeni loqosu Meta - Sputnik Azərbaycan, 1920, 21.03.2022
RUSİYA
Rusiya məhkəməsi "Facebook" və "Instagram"ı ekstremizmə görə qadağan etdi
Xəbər lenti
0