https://sputnik.az/20220321/rusiya-ve-ukrayna-numayendeleri-arasinda-novbeti-gorus-bu-gun-olacaq-440348303.html
Rusiya və Ukrayna nümayəndələri arasında bugünkü görüş 1,5 saat davam edib
Rusiya və Ukrayna nümayəndələri arasında bugünkü görüş 1,5 saat davam edib
Sputnik Azərbaycan
“Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, müzakirələr daha sonra işçi qrupları formatında davam edib. 21.03.2022, Sputnik Azərbaycan
2022-03-21T18:36+0400
2022-03-21T18:36+0400
2022-03-21T18:51+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/03/07/439943621_0:26:1202:702_1920x0_80_0_0_9e855d735b6a0dcc2d5ac0e5ca2df8c7.jpg
BAKI, 21 mart - Sputnik. Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar saat yarım davam edib.Bu barədə Ukrayna mediası məlumat yayıb. Ukrayna nümayəndə heyətinin üzvü, hakim partiya olan “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, müzakirələr daha sonra işçi qrupları formatında davam edib.“Onlayn formatda görüş artıq olub. Saat 10:30-dan 12-dək rəsmi nümayəndə heyəti var idi. Sonra işçi qrupları gəldi. Biz bu gün bütün günü işləyirik”, - deyə Araxamiya bildirib.***Bu gün Rusiya və Ukraynanın rəsmi nümayəndələri arasında növbəti görüş keçiriləcək. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqların bazar ertəsi davam etdiriləcəyini təsdiqləyib."Bəli, əlbəttə, sabah (bu gün-red) səhər. Növbəti tur. Bundan əvvəl işçi alt qruplarda son dərəcə intensiv iş gedirdi", - Podolyak Ukraynanın "Strana" nəşrinə deyib (Report).Xatırladaq Rusiya fevralın 24-də Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini, hərbçisi həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyətində qalıb. Rusiya və Ukrayna arasında dialoqun birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib. Nümayəndə heyətlərinin görüşü beş saat davam edib. Bundan sonra tərəflər martın 3-də Belovejskdə, martın 7-də isə Brest vilayətində görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında məsləhətləşmələr keçirilib.Hazırda danışıqlar aparan şəxslər videobağlantı vasitəsilə əlaqə saxlamağa davam edirlər.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/07/439943621_115:0:1087:729_1920x0_80_0_0_b6fa10889137b68aae2e7ef984e27b18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, rusiya prezidenti vladimir putin
rusiya, ukrayna, rusiya prezidenti vladimir putin
Rusiya və Ukrayna nümayəndələri arasında bugünkü görüş 1,5 saat davam edib
18:36 21.03.2022 (Yenilənib: 18:51 21.03.2022) “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, müzakirələr daha sonra işçi qrupları formatında davam edib.
BAKI, 21 mart - Sputnik. Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar saat yarım davam edib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna nümayəndə heyətinin üzvü, hakim partiya olan “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, müzakirələr daha sonra işçi qrupları formatında davam edib.
“Onlayn formatda görüş artıq olub. Saat 10:30-dan 12-dək rəsmi nümayəndə heyəti var idi. Sonra işçi qrupları gəldi. Biz bu gün bütün günü işləyirik”, - deyə Araxamiya bildirib.
Bu gün Rusiya və Ukraynanın rəsmi nümayəndələri arasında növbəti görüş keçiriləcək.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqların bazar ertəsi davam etdiriləcəyini təsdiqləyib.
"Bəli, əlbəttə, sabah (bu gün-red) səhər. Növbəti tur. Bundan əvvəl işçi alt qruplarda son dərəcə intensiv iş gedirdi", - Podolyak Ukraynanın "Strana" nəşrinə deyib (Report).
Xatırladaq Rusiya fevralın 24-də Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini, hərbçisi həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyətində qalıb.
Rusiya və Ukrayna arasında dialoqun birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib. Nümayəndə heyətlərinin görüşü beş saat davam edib. Bundan sonra tərəflər martın 3-də Belovejskdə, martın 7-də isə Brest vilayətində görüşüblər.
Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında məsləhətləşmələr keçirilib.
Hazırda danışıqlar aparan şəxslər videobağlantı vasitəsilə əlaqə saxlamağa davam edirlər.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.