Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-a nota verdi

© Sputnik / Владимир БарановRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Səfir qarşısında ABŞ-da Rusiya diplomatik nümayəndəliklərinin normal işi üçün şəraitin yaradılması tələbi kəskin şəkildə qoyulub.
BAKI, 21 mart - Sputnik. ABŞ-ın səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
RF XİN-in yaydığı məlumata görə, səfir Con Sallivana nota təqdim edilib. Bunun səbəbi isə prezident Co Baydenin son vaxtlar Rusiya Federasiyasınını prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi ifadələrdir.

“Bu ifadələr Rusiya-ABŞ münasibətlərini tam pozulma həddinə gətirir”, - deyə XİN-dən bildiriblər.

Səfir qarşısında ABŞ-da Rusiya diplomatik nümayəndəliklərinin normal işi üçün şəraitin yaradılması tələbi kəskin şəkildə qoyulub.

Amerikalı diplomata xəbərdarlıq edilib ki, ölkəsinin Rusiyaya qarşı addımlarına sərt və kəskin cavab veriləcək.
Xatırladaq ki, fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyatın keçirilməsi barədə qərar verib. Bundan sonra prezidenti Co Bayden başda olmaqla ABŞ rəhbərliyi Rusiya Federasiyası və onun liderinin ünvanına sərt ifadələr işlətməyə davam edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0