https://sputnik.az/20220321/kremlin-sozcusu-rusiyanin-embarqosu-avropada-enerji-balansini-pislesdirecek-440357610.html
Kremlin sözçüsü: Rusiyanın embarqosu Avropada enerji balansını pisləşdirəcək
Kremlin sözçüsü: Rusiyanın embarqosu Avropada enerji balansını pisləşdirəcək
Sputnik Azərbaycan
Peskov deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş dərəcəsi Ukrayna tərəfi üçün gözləntilərə və vəziyyətin inkişaf dinamikasına cavab vermir. 21.03.2022, Sputnik Azərbaycan
2022-03-21T17:19+0400
2022-03-21T17:19+0400
2022-03-21T17:19+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
peskov
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
ukrayna
abş
nato
kiyev
moskva
https://cdnn1.img.sputnik.az/img/40773/44/407734488_0:0:4305:2422_1920x0_80_0_0_6e2663a75f64329fe2d2fc1d8df1686f.jpg
BAKI, 21 mart - Sputnik. Digər dövlətlərin Rusiyanın xüsusi hərbi əməliyyatına müdaxilə cəhdləri mənfi qarşılanacaq.Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild ölkəsinin Ukraynaya qoşun yeritməyi planlaşdırmadığını, eyni zamanda başqa bir NATO ölkəsinin bunu edə biləcəyini də istisna etmədiyini bildirmişdi.Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Avropa İttifaqının Rusiyanın neft ixracına embarqo tətbiq etmək planlarına toxunaraq qeyd edib ki, belə bir addım qlobal iqtisadiyyata mənfi təsir göstərəcək, həmçinin Avropada enerji balansını pisləşdirəcək. "Bu mövzu çox mürəkkəbdir, çünki belə bir embarqo ümumilikdə dünya neft bazarına çox ciddi təsir edəcək. Belə bir vəziyyətdə amerikalılar da özləri ilə baş-başa qalacaqlar, bu, göz qabağındadır və özlərini avropalılardan daha yaxşı hiss edəcəklər”, - deyə Peskov əlavə edib.“Yəqin ki, bu, hamını vuracaq qərardır”, - deyə Peskov yekunlaşdırıb. Rusiya və Ukrayna tərəfləri arasında danışıqlar mövzusuna toxunan Kremlin rəsmi nümayəndəsi hazırda danışıqlarda sürətin olmamasına diqqət çəkib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş dərəcəsi Ukrayna tərəfi üçün gözləntilərə və vəziyyətin inkişaf dinamikasına cavab vermir.“Bir daha təkrar edirəm - Rusiya tərəfi Ukrayna tərəfindən daha sürətli və dəqiq şəkildə işləməyə daha çox hazır olduğunu nümayiş etdirir", - Peskov bildirib.Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi sülh naminə “onu yola gətirmək üçün" Kiyevə təsir göstərməyi vacib sayır: "İndi dünya Kiyevi daha münasib və konstruktiv istiqamətdə yönəltmək üçün öz təsir imkanlarından istifadə etməlidir.""Bəzi hipotetik görüşlər üçün yer seçimi ikinci dərəcəli məsələdir", - deyən Peskov danışıqlar prosesinə kömək etməyə hazır olduqlarını bəyan edən ölkələrə təşəkkürünü bildirib.Həmçinin qeyd edib ki, insanların humanitar dəhlizlərdən istifadə etməsi üçün beynəlxalq təşkilatlar Kiyevə “təsir göstərə” bilər."Tərəflərin danışıqlar zamanı əldə etdikləri atəşkəs razılaşmalarının bərpasının planlaşdırılıb-planlaşdırılmaması" barədə suala cavabında Peskov deyib ki, istənilən halda əməliyyatlar dayandırılmasından Rusiya hərbçilərinə hücumları davam etdirmək məqsədilə hərbi hissələrin yenidən qruplaşdırılması üçün istifadə olunur. Bu dəfələrlə baş verib və prosesi çətinləşdirir. Kremlin sözçüsü əlavə edib ki, Moskva NATO ölkələrindən hər hansı birinin Ukraynada hansısa “sülhməramlı missiyası” ideyasına mənfi münasibət bəsləyir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40773/44/407734488_71:0:4218:3110_1920x0_80_0_0_13e7804a969699ca54276038718f9b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, ukrayna, abş, nato, kiyev, moskva
peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, ukrayna, abş, nato, kiyev, moskva
Kremlin sözçüsü: Rusiyanın embarqosu Avropada enerji balansını pisləşdirəcək
Peskov deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş dərəcəsi Ukrayna tərəfi üçün gözləntilərə və vəziyyətin inkişaf dinamikasına cavab vermir.
BAKI, 21 mart - Sputnik. Digər dövlətlərin Rusiyanın xüsusi hərbi əməliyyatına müdaxilə cəhdləri mənfi qarşılanacaq.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild ölkəsinin Ukraynaya qoşun yeritməyi planlaşdırmadığını, eyni zamanda başqa bir NATO ölkəsinin bunu edə biləcəyini də istisna etmədiyini bildirmişdi.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Avropa İttifaqının Rusiyanın neft ixracına embarqo tətbiq etmək planlarına toxunaraq qeyd edib ki, belə bir addım qlobal iqtisadiyyata mənfi təsir göstərəcək, həmçinin Avropada enerji balansını pisləşdirəcək.
"Bu mövzu çox mürəkkəbdir, çünki belə bir embarqo ümumilikdə dünya neft bazarına çox ciddi təsir edəcək. Belə bir vəziyyətdə amerikalılar da özləri ilə baş-başa qalacaqlar, bu, göz qabağındadır və özlərini avropalılardan daha yaxşı hiss edəcəklər”, - deyə Peskov əlavə edib.
“Yəqin ki, bu, hamını vuracaq qərardır”, - deyə Peskov yekunlaşdırıb.
Rusiya və Ukrayna tərəfləri arasında danışıqlar mövzusuna toxunan Kremlin rəsmi nümayəndəsi hazırda danışıqlarda sürətin olmamasına diqqət çəkib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş dərəcəsi Ukrayna tərəfi üçün gözləntilərə və vəziyyətin inkişaf dinamikasına cavab vermir.
“Bir daha təkrar edirəm - Rusiya tərəfi Ukrayna tərəfindən daha sürətli və dəqiq şəkildə işləməyə daha çox hazır olduğunu nümayiş etdirir", - Peskov bildirib.
Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi sülh naminə “onu yola gətirmək üçün" Kiyevə təsir göstərməyi vacib sayır:
"İndi dünya Kiyevi daha münasib və konstruktiv istiqamətdə yönəltmək üçün öz təsir imkanlarından istifadə etməlidir."
"Bəzi hipotetik görüşlər üçün yer seçimi ikinci dərəcəli məsələdir", - deyən Peskov danışıqlar prosesinə kömək etməyə hazır olduqlarını bəyan edən ölkələrə təşəkkürünü bildirib.
Həmçinin qeyd edib ki, insanların humanitar dəhlizlərdən istifadə etməsi üçün beynəlxalq təşkilatlar Kiyevə “təsir göstərə” bilər.
"Tərəflərin danışıqlar zamanı əldə etdikləri atəşkəs razılaşmalarının bərpasının planlaşdırılıb-planlaşdırılmaması" barədə suala cavabında Peskov deyib ki, istənilən halda əməliyyatlar dayandırılmasından Rusiya hərbçilərinə hücumları davam etdirmək məqsədilə hərbi hissələrin yenidən qruplaşdırılması üçün istifadə olunur. Bu dəfələrlə baş verib və prosesi çətinləşdirir.
Kremlin sözçüsü əlavə edib ki, Moskva NATO ölkələrindən hər hansı birinin Ukraynada hansısa “sülhməramlı missiyası” ideyasına mənfi münasibət bəsləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.