Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İçərişəhərdə əyləncəli Novruz tədbirləri keçirilir

© Sputnik / Murad OrujovПразднование Новруза в Баку
Празднование Новруза в Баку - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Bayram tədbirlərinin yüksək səviyyədə təşkili və tənzimlənmısi prosesində Regional İnkişaf İctimai Birliyinin könüllüləri yaxından iştirak edirlər.
BAKI, 21 mart - Sputnik. Bayram günlərində İçərişəhərə təşrif buyuran qonaqlara və sakinlərə bir-birindən maraqlı, xoş əhval-ruhiyyəli anlar yaşadılır və əyləncəli ailəvi tədbirlər təqdim olunur.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Eyni zamanda, Qala Qoruğunda milli-mədəni dəyərlərimizi özündə birləşdirən qədim sənət nümunələrimiz sərgilənir, ustad təlimləri təşkil edilir.
Bayram tədbirlərinin yüksək səviyyədə təşkili və tənzimlənmısi prosesində Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri yaxından iştirak edirlər.
Bayram günlərini xoş, yaddaqalan keçirmək istəyən paytaxt sakinləri və şəhərimizin qonaqları mart ayının 27-ə kimi İçərişəhərə və Qalaya təşrif buyuraraq ailəvi şəkildə bayram tətillərini əyləncəli, maarifləndirici və səmərəli keçirə bilərlər.
Hər bayram gününə aid əyləncə proqramı ilə aşağıdakı keçiddən istifadə edərək "İçərişəhər" İdarəsinin rəsmi saytı və İdarənin sosial şəbəkələrdəki rəsmi hesablarından əldə edə bilərsiniz.
Bayram tədbirlərinin geniş proqramı ilə tanış olmaq üçün bu linkə https://icherisheher.gov.az/az/430-news-detail/ daxil ola bilərsiniz.
Xəbər lenti
0