https://sputnik.az/20220319/rusiya-qerble-istenilen-formada-emekdasliga-hazir-idi-amma-alinmadi---lavrov-440320747.html
Rusiya Qərblə istənilən formada əməkdaşlığa hazır idi, amma alınmadı - Lavrov
Rusiya Qərblə istənilən formada əməkdaşlığa hazır idi, amma alınmadı - Lavrov
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, Moskva ABŞ və Aİ ilə münasibətləri yaxşılaşdırmaq üçün təşəbbüslər irəli sürməyəcək. 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T16:58+0400
2022-03-19T16:58+0400
2022-03-19T17:39+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 19 mart - Sputnik. “Ukrayna ilə danışıqlar davam etdirilir, baxmayaraq ki, ABŞ Kiyevi əlində saxlamaq istəyir”.Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.XİN başçısı Rusiyanın danışıqlarda tələbinin minimal olduğunu da vurğulayıb.Rusiya Federasiyası Qərblə hətta müttəfiq formada əməkdaşlığa hazır idi, lakin təəssüf ki, bu, alınmadı.Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya liderləri” müsabiqəsinin “Beynəlxalq” final trekinin açılışında deyib."Prezident Putinin hakimiyyətinin lap başlanğıcından - 2000-ci illərin əvvəllərindən biz Qərbə açıq idik, müxtəlif formalarda, hətta prezidentin müttəfiqliyə yaxın adlandırdığı formalarda əməkdaşlığa hazır idik. Təəssüf ki, bu, nəticə vermədi”, - Lavrov deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva bərabərhüquqlu sazişlər bağlamağı təklif etsə də, bu, Rusiya ilə NATO arasında münasibətlərdə nəticə verməyib.Qərbin davranışları haqqında Lavrov bildirib ki, Rusiya Qərblə münasibətləri yaxşılaşdırmaq üçün təşəbbüslər irəli sürməyəcək, onların özlərini girdikləri dalandan necə çıxacaqlarına baxacaq. "Əlbəttə, biz istənilən ölkə ilə, o cümlədən Qərb ölkələri ilə əməkdaşlığa açıq olmaqda davam edirik. Baxmayaraq ki, Qərbin bu cür davrandığı şəraitdə biz heç bir təşəbbüslə çıxış etmək fikrində deyilik. Baxacağıq, görək onlar özlərini girdikləri dalandan necə çıxacaqlar", - XİN başçısı deyib. Rusiya XİN rəhbəri hesab edir ki, Qərbin Ukraynadakı vəziyyəti nəzərə almadan belə davranışı onun etibarsızlığını təsdiqləyir. “Hətta Ukrayna və sanksiyalarla bağlı vəziyyəti bir kənara qoysaq, Qərbin davranışları onun istər əsas valyutaların yarandığı dünyanın bir hissəsi, istər iqtisadiyyatda tərəfdaş, istərsə də qızıl ehtiyatlarını saxlaya biləcəyiniz ölkələr kimi etibarsızlığını təsdiqləyir. Onlar sadəcə oğurlayırlar”, - Lavrov bildirib.Aİ-nin "təkamülü" haqqında Rusiya xarici işlər naziri bildirib ki, Avropa İttifaqı NATO və ABŞ-dan tam asılılığa doğru “inkişaf edib”, bunun ən parlaq ifadəsi “Şimal axını-2”nin taleyidir. Onun sözlərinə görə, Avropa İttifaqı əvvəllər bəzi müstəqillik əlamətləri nümayiş etdirib. "Nəhayət, o, Şimali Atlantika Alyansı və ABŞ-dan tam asılılığa doğru inkişaf etdi. Avropa Birliyinin ən parlaq ifadəsi "Şimal axını 2"nin taleyidir. Hətta bu layihədə öz marağını sona qədər müdafiə edən Almaniya belə deyildi: "Bu, sizin maraqlarınıza ziddir", - Lavrov əlavə edib. Ukrayna ilə danışıqlar haqqında Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ-ın Kiyevi “əlində saxlamağa" cəhd etməsinə baxmayaraq, nizamlanma üzrə Ukrayna ilə danışıqlar davam edir. "Danışıqlar davam edir, baxmayaraq ki, Ukrayna nümayəndə heyəti ilk başda ona necə deyərlər, "xidmət göstərmək"lə başladı. Sonra bir növ dialoq qaydaya düşdü, baxmayaraq ki, daim Ukrayna nümayəndə heyətini əllərində saxladıqları hiss olunur. Çox güman ki, amerikalılar onlara, tamamilə minimal olan tələblərlə razılaşmağa imkan verməyəcəklər”, - Lavrov bildirib.Nazirin sözlərinə görə, Vladimir Zelenskinin siyasətini ciddi qəbul etmək çətindir, həyat onun sözünün kəsərinin nə qədər olduğunu sübut edir. "Prezident səlahiyyətlərinin ilkin mərhələsində, hətta teatrda oynayanda və seriallara çəkiləndə belə o, hər vasitə ilə sübut edirdi ki, rus dili onun düşüncələrində belə ola bilməz. Buyurun, həyat onun sözlərinin arxasında nəyin dayandığını göstərir", - Lavrov qeyd edib. Rusiya XİN başçısı onu da bildirib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatları qanunidir."Biz vəzifələrimizi elan etmişik. Bu vəzifələr tamamilə qanuni və başa düşüləndir", - Lavrov deyib. O ümid edir ki, Rusiyanın xüsusi əməliyyatı Ukraynanın neytral statusu və onun üçün təhlükəsizlik zəmanəti ilə hərtərəfli razılaşma əsasında başa çatacaq.“Ümid edirəm ki, əməliyyat qeyd etdiyim məsələlərlə bağlı hərtərəfli sənədlərin imzalanması ilə başa çatacaq: təhlükəsizlik məsələləri, Ukraynanın neytral statusu və onun təhlükəsizliyinə zəmanət”, - Lavrov əlavə edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
rusiya, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Rusiya Qərblə istənilən formada əməkdaşlığa hazır idi, amma alınmadı - Lavrov
16:58 19.03.2022 (Yenilənib: 17:39 19.03.2022) Rusiyanın xarici işlər naziri bildirib ki, Moskva ABŞ və Aİ ilə münasibətləri yaxşılaşdırmaq üçün təşəbbüslər irəli sürməyəcək.
BAKI, 19 mart - Sputnik. “Ukrayna ilə danışıqlar davam etdirilir, baxmayaraq ki, ABŞ Kiyevi əlində saxlamaq istəyir”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
XİN başçısı Rusiyanın danışıqlarda tələbinin minimal olduğunu da vurğulayıb.
Rusiya Federasiyası Qərblə hətta müttəfiq formada əməkdaşlığa hazır idi, lakin təəssüf ki, bu, alınmadı.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya liderləri” müsabiqəsinin “Beynəlxalq” final trekinin açılışında deyib.
"Prezident Putinin hakimiyyətinin lap başlanğıcından - 2000-ci illərin əvvəllərindən biz Qərbə açıq idik, müxtəlif formalarda, hətta prezidentin müttəfiqliyə yaxın adlandırdığı formalarda əməkdaşlığa hazır idik. Təəssüf ki, bu, nəticə vermədi”, - Lavrov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva bərabərhüquqlu sazişlər bağlamağı təklif etsə də, bu, Rusiya ilə NATO arasında münasibətlərdə nəticə verməyib.
Qərbin davranışları haqqında
Lavrov bildirib ki, Rusiya Qərblə münasibətləri yaxşılaşdırmaq üçün təşəbbüslər irəli sürməyəcək, onların özlərini girdikləri dalandan necə çıxacaqlarına baxacaq.
"Əlbəttə, biz istənilən ölkə ilə, o cümlədən Qərb ölkələri ilə əməkdaşlığa açıq olmaqda davam edirik. Baxmayaraq ki, Qərbin bu cür davrandığı şəraitdə biz heç bir təşəbbüslə çıxış etmək fikrində deyilik. Baxacağıq, görək onlar özlərini girdikləri dalandan necə çıxacaqlar", - XİN başçısı deyib.
Rusiya XİN rəhbəri hesab edir ki, Qərbin Ukraynadakı vəziyyəti nəzərə almadan belə davranışı onun etibarsızlığını təsdiqləyir.
“Hətta Ukrayna və sanksiyalarla bağlı vəziyyəti bir kənara qoysaq, Qərbin davranışları onun istər əsas valyutaların yarandığı dünyanın bir hissəsi, istər iqtisadiyyatda tərəfdaş, istərsə də qızıl ehtiyatlarını saxlaya biləcəyiniz ölkələr kimi etibarsızlığını təsdiqləyir. Onlar sadəcə oğurlayırlar”, - Lavrov bildirib.
Aİ-nin "təkamülü" haqqında
Rusiya xarici işlər naziri bildirib ki, Avropa İttifaqı NATO və ABŞ-dan tam asılılığa doğru “inkişaf edib”, bunun ən parlaq ifadəsi “Şimal axını-2”nin taleyidir. Onun sözlərinə görə, Avropa İttifaqı əvvəllər bəzi müstəqillik əlamətləri nümayiş etdirib.
"Nəhayət, o, Şimali Atlantika Alyansı və ABŞ-dan tam asılılığa doğru inkişaf etdi. Avropa Birliyinin ən parlaq ifadəsi "Şimal axını 2"nin taleyidir. Hətta bu layihədə öz marağını sona qədər müdafiə edən Almaniya belə deyildi: "Bu, sizin maraqlarınıza ziddir", - Lavrov əlavə edib.
Ukrayna ilə danışıqlar haqqında
Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ-ın Kiyevi “əlində saxlamağa" cəhd etməsinə baxmayaraq, nizamlanma üzrə Ukrayna ilə danışıqlar davam edir.
"Danışıqlar davam edir, baxmayaraq ki, Ukrayna nümayəndə heyəti ilk başda ona necə deyərlər, "xidmət göstərmək"lə başladı. Sonra bir növ dialoq qaydaya düşdü, baxmayaraq ki, daim Ukrayna nümayəndə heyətini əllərində saxladıqları hiss olunur. Çox güman ki, amerikalılar onlara, tamamilə minimal olan tələblərlə razılaşmağa imkan verməyəcəklər”, - Lavrov bildirib.
Nazirin sözlərinə görə, Vladimir Zelenskinin siyasətini ciddi qəbul etmək çətindir, həyat onun sözünün kəsərinin nə qədər olduğunu sübut edir.
"Prezident səlahiyyətlərinin ilkin mərhələsində, hətta teatrda oynayanda və seriallara çəkiləndə belə o, hər vasitə ilə sübut edirdi ki, rus dili onun düşüncələrində belə ola bilməz. Buyurun, həyat onun sözlərinin arxasında nəyin dayandığını göstərir", - Lavrov qeyd edib.
Rusiya XİN başçısı onu da bildirib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatları qanunidir.
"Biz vəzifələrimizi elan etmişik. Bu vəzifələr tamamilə qanuni və başa düşüləndir", - Lavrov deyib.
O ümid edir ki, Rusiyanın xüsusi əməliyyatı Ukraynanın neytral statusu və onun üçün təhlükəsizlik zəmanəti ilə hərtərəfli razılaşma əsasında başa çatacaq.
“Ümid edirəm ki, əməliyyat qeyd etdiyim məsələlərlə bağlı hərtərəfli sənədlərin imzalanması ilə başa çatacaq: təhlükəsizlik məsələləri, Ukraynanın neytral statusu və onun təhlükəsizliyinə zəmanət”, - Lavrov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.