https://sputnik.az/20220319/putin-ve-erdogan-ukraynadaki-veziyyeti-muzakire-edibler--440265378.html
Türkiyə Putinin Ukraynada atəşkəsə dair altı tələbini açıqladı
Türkiyə Putinin Ukraynada atəşkəsə dair altı tələbini açıqladı
Sputnik Azərbaycan
Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olan tələbləri irəli sürüb. 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T20:20+0400
2022-03-19T20:20+0400
2022-03-19T22:23+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
türkiyə
rusiya prezidenti vladimir putin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856957_0:0:2816:1585_1920x0_80_0_0_0962963b13158a831e1e4aef04258ec2.jpg
BAKI, 19 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla martın 17-də baş tutan telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” qəzetinə müsahibəsində deyib.Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib.Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olan tələbləri irəli sürüb:“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı proses. Dördüncüsü, Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılması"."Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə olunduğu güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Ərdoğanın sözçüsü deyib. Kalın əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Kiyevin Krımın ilhaqını və "Donbasın xalq respublikaları"nı tanınması. Ərdoğanın sözçüsünün dediyinə görə, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir.“Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr üzrə rəhbərlər səviyyəsində müzakirələr ola bilər. Danışıqlar aparılarsa, nəticədə razılığa gəlmək və müharibəyə son qoymaq mümkündür. Bu davam etdikcə, atəşkəsin elan edilməsi, humanitar dəhlizlərin açılması və mülki şəxslərin təxliyəsinə icazə verilməsi həyati əhəmiyyət kəsb edir. Rusiya tərəfi yardımçı rol oynamalıdır. Atəşkəs daimiləşdirilməlidir. Prezidentimiz bunu görüş zamanı xüsusilə cənab Putinə çatdırdı. Yalnız bu yolla danışıqlara və diplomatiyaya şans verilə bilər”, - deyə Kalın əlavə edib. 17.03.22, 21:12Putin və Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblərRusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə uistinadən xəbər verib."Donbasın müdafiəsi üçün xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib. Vladimir Putin həmçinin danışıqların gedişi barədə Rusiya və Ukrayna nümayəndələrini məlumatlandırıb", - deyə məlumatda bildirilir.Ərdoğan isə öz növbəsində Rusiya və Ukrayna arasında danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib. Bunu isə Türkiyə liderinin mətbuat xidmətindən bildiriblər.Onun sözlərinə görə, əgər daimi atəşkəs elan olunarsa, o zaman uzunmüddətli nizamlanmaya yol açılacaq, Bundan əlavə, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini Ankara və ya İstanbulda qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.Müdafiə Nazirliyinin bildirdiyinə görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Rusiya ordusunun dəstəyi ilə DXR və LPR qrupları hücum əməliyyatını inkişaf etdirir. Lakin Ukraynanın işğalından söhbət gedə bilməz, Putin vurğulayıb.Rusiya və Ukrayna nümayəndə heyətləri artıq həm Belarus ərazisində, həm də videoformatda danışıqların bir neçə raundu keçiriblər.Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Moskva belə bir ehtimalı istisna etmir, lakin Putin Zelenski ilə müzakirə etmək üçün deyil, əldə olunmuş razılaşmaları düzəltmək üçün görüşməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220317/rusiya-silahli-quvveleri-ukraynanin-1400-e-yaxin-tank-ve-zirehli-texnikasini-mehv-edib-440265173.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856957_194:0:2558:1773_1920x0_80_0_0_167cfb313e2ee029dc839173609f75b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, türkiyə, rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya, ukrayna, türkiyə, rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Türkiyə Putinin Ukraynada atəşkəsə dair altı tələbini açıqladı
20:20 19.03.2022 (Yenilənib: 22:23 19.03.2022) Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olan tələbləri irəli sürüb.
BAKI, 19 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla martın 17-də baş tutan telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.
Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “
Hürriyet” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib.
Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olan tələbləri irəli sürüb:
“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı proses. Dördüncüsü, Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılması".
"Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə olunduğu güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Ərdoğanın sözçüsü deyib.
Kalın əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Kiyevin Krımın ilhaqını və "Donbasın xalq respublikaları"nı tanınması.
Ərdoğanın sözçüsünün dediyinə görə, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir.
“Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr üzrə rəhbərlər səviyyəsində müzakirələr ola bilər. Danışıqlar aparılarsa, nəticədə razılığa gəlmək və müharibəyə son qoymaq mümkündür. Bu davam etdikcə, atəşkəsin elan edilməsi, humanitar dəhlizlərin açılması və mülki şəxslərin təxliyəsinə icazə verilməsi həyati əhəmiyyət kəsb edir. Rusiya tərəfi yardımçı rol oynamalıdır. Atəşkəs daimiləşdirilməlidir. Prezidentimiz bunu görüş zamanı xüsusilə cənab Putinə çatdırdı. Yalnız bu yolla danışıqlara və diplomatiyaya şans verilə bilər”, - deyə Kalın əlavə edib.
Putin və Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə uistinadən xəbər verib.
"Donbasın müdafiəsi üçün xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib. Vladimir Putin həmçinin danışıqların gedişi barədə Rusiya və Ukrayna nümayəndələrini məlumatlandırıb", - deyə məlumatda bildirilir.
Ərdoğan isə öz növbəsində Rusiya və Ukrayna arasında danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib. Bunu isə Türkiyə liderinin mətbuat xidmətindən bildiriblər.
Onun sözlərinə görə, əgər daimi atəşkəs elan olunarsa, o zaman uzunmüddətli nizamlanmaya yol açılacaq,
Bundan əlavə, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini Ankara və ya İstanbulda qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Rusiya ordusunun dəstəyi ilə DXR və LPR qrupları hücum əməliyyatını inkişaf etdirir. Lakin Ukraynanın işğalından söhbət gedə bilməz, Putin vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri artıq həm Belarus ərazisində, həm də videoformatda danışıqların bir neçə raundu keçiriblər.
Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Moskva belə bir ehtimalı istisna etmir, lakin Putin Zelenski ilə müzakirə etmək üçün deyil, əldə olunmuş razılaşmaları düzəltmək üçün görüşməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.