QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda ermənilərin dağıtdığı subartezian quyuları bərpa edilib

© Sputnik / Emin AlisahibErmənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
İşğaldan azad edilmiş ərazazilərdə erməni vandallığına məruz qalmış 178 ədəd suabartezian quyusu ilin sonuna kimi bərpa edilərək, istifadəyə veriləcək.
BAKI, 19 mart — Sputnik. Ağdam Mexaniki Suvarma idarəsinin balansında olan rayonun işğaldan azad olunmuş ərazilərində 327 ədəd subartezian quyusu, 2 böyük su anbarı, 327 kilometr suvarma kanalları və 267 hidrotexniki qurğu mövcuddur. Sadaladığımız bütün bunlar ermənilərin Ağdamı işğalda saxladığı müddətdə ermənilər tərəfindən dağıdılaraq, məhv edilib.
© Sputnik / Emin AlisahibErmənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
"Xaçınçay" və "Ağdamkənd" su anbarları bərpa ediləcək
İşğal dövründə ermənilər tərəfindən Ağdamda məhv edilən suvarma qurğularının Ağdam Mexaniki Suvarma İdarəsi tərəfindən bərpasına başlanılıb. Belə ki, sözügedən idarə tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində sayca 12-ci subartezian quyusu təmir olunaraq, istifadəyə verilib. Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə deyir ki, yeni təmir edilən subartezian quyusu 40 hektara yaxın ərazini suvarma suyu ilə təmin edəcək.
"Bu gün yanında dayandığımız subartezian quyusu sayca 12-ci subartezian quyusudur ki, işğaldan azad olunmuş ərazidə, idarəmiz tərəfindən bərpa olunub. Hazırda müasir standartlara cavab verir. Qeyd edim ki, bu Subartezian quyusu saatda 120 kub su vermə qabiliyyətinə malikdir. 35-40 hektara yaxın ərazini əhatə edən kənd təsərrüfatı bitgilərinin suvarılmasına xidmət edəcək".
© Sputnik / Emin AlisahibHafiz Əzimzadə
Hafiz Əzimzadə  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Hafiz Əzimzadə
Müsahibimiz bildirir ki, hazırda işğaldan azad edilmiş ərazilərdəki su anbarlarından əkin sahələrinə veriləcək suyun həcmi hesablanıb. Ağdam ərazisində olan iki su anbarı istifadəyə veriləndən sonra 11700 hektar ərazinin suvarılmasını təmin edəcək. Hafiz Əzimzadənin sözlərinə görə hazırda inventarizasiya işləri həyata keçirilən hər iki su anbarında yaxın zamanlarda təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
" İdarənin balansında olan Xaçınçay su anbarının 23 milyon kub metr su həcmi vardır ki, 8 min hektar sahənin suvarılmasına xidmət edəcək. Eyni zamanda Ağdamkənd su anbarı 1.7 milyon kub metr su həcminə mailkdir. Və bu su anbarı 3700 hektar sahənin suvarılmasını öz üzərinə götürəcək. Bu işlərin görülməsi üçün Melorasiya Su Təsərrüfatı ASC-də smeta-layihə işləri artıq hazırlanıb, yekunlaşıb. Tender işləri həyata keçiriləndən sonra hər iki su anbarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub".
105 ədəd subartezian qoyusu scada sistemi ilə idarə olunur
Ağdamın işğaldan azad edilmiş ərazilərində subartezian quyularının qazılması, təmir-bərpa işlərinin həyata keçirilməsi ilə yanaşı həm də rayon ərazisində subartezian quyularının scada sistemi ilə idarə olunması prossesi də tətbiq edilir. Artıq ərazidə 105 ədəd subartezian quyusunda scada sistemi qurulub. Yeni qazılacaq subartezian quyularının da məhz bu sistemlə işləməsi nəzərdə tutulur. Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin sözlərinə görə hazırda idarənin balansında 986 ədəd subartezian quyusu var.
© Sputnik / Emin AlisahibErmənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
"Artıq 105 ədədində scada sistemi qurulmuşdur. Adından da göründüyü kimi scada sistemi əməyin yüngülləşməsi, işin rahatlaşması və operatorun idarədən oturaraq, birbaşa subartertezian quyusuna nəzarət etməsi deməkdir. Bununla əlaqədar olaraq yeni qazılan subartezian quyularında scada sisteminin qurulması nəzərdə tutulub.
Mövcud vəziyyət isə hər kəsdən çox fermerləri sevindirir. Onlar bildirir ki, son 30 ilə yaxın bir müddətdə rayonda suvarma ilə bağlı bir sıra problemlərlə üzləşiblər. Hazırda Ağdamda suvarma ilə bağlı su kanalları lildən təmizlənir, yeni subartezian quyuları qazılır və köhnə quyular bərpa olunur. Bundan ilhamlanan fermerlər isə əkin işinə hazırlıq prossesini həyata keçirir. Fermer Elşən Orucov deyir ki, artıq toxum səpninə hazırlaşırlar.
© Sputnik / Emin AlisahibFazil Məmmədhüseynzadə
Fazil Məmmədhüseynzadə - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Fazil Məmmədhüseynzadə
"60 hektar torpağımız var. Bu torpağın 20 hektarında pambıq əkməyi nəzərdə tutumuşuq. 15 hektar yoncamız var. 15-20 hektar taxıl torpağımız var. Artıq arat işlərin görüb, səpinə hazırlaşırıq. Bu gün Mexaniki suvarma idarəsinin texnikaları işləyir. Bizim üçün su arxların təmizləyirlər. Çaylar, anbarlar istifadəyə veriləndən sonra suvarmamız daha da yaxşı olacaq. Məhsulumuz daha da bol olacaq".
© Sputnik / Emin AlisahibElşən Orucov
Elşən Orucov - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Elşən Orucov
Görülən işlərin nəticəsi olaraq məhsuldarlığın bol olacağı qənaətində olan fermerlər bildirir ki, hazırda rayonda Mexaniki Suvarma İdarəsi tərəfindən görülən işlər gələcəkdə ərazidəki əkin sahələrinin su ilə təminatına münbit şərait yaradacaq. Fermer Fazil Məmmədhüseynzadə suvarma sistemləri ilə bağlı vəziyyətin yaxşılaşmasından irəli gələrək, artıq 10 hektara yaxın pambıq əkdiyini bildirir.
" Keçən il istilər çox olduğuna görə yüksək nəticə əldə edə bilmədik. Şükür Allaha bu il hər şey boldur. Suyumuz da var. Vaxtlı vaxtında əkdiyimiz məhsullarımızı suvarıb bol məhsul əldə edəciyik. Hazırda texnikalar vasitəsi ilə su kanalları lildən təmizlənir ki, su itkisi olmasın, su əkin sahələrinə bol gəlsin".
© Sputnik / Emin AlisahibErmənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
Qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsi 36010 hektar əraziyə xidmət edir. Bundan 31559 hektar ərazi subartezian quyuları vasitəsi ilə suvarılır. 4451 hektar ərazi isə öz axımı ilə gələn sular və nasos stansiyalar vasitəsi ilə suvarılır. Bu il idarə tərəfindən işğaldan azad edilmiş ərazilərdə daha 178 ədəd subartezian quyusunda təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0