https://sputnik.az/20220318/mcdonalds-sibirde-fealiyyetini-davam-etdirecek-440264304.html
McDonald's Sibirdə fəaliyyətini davam etdirəcək
McDonald's Sibirdə fəaliyyətini davam etdirəcək
Sputnik Azərbaycan
Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı. 18.03.2022, Sputnik Azərbaycan
2022-03-18T08:34+0400
2022-03-18T08:34+0400
2022-03-18T08:34+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
"mcdonalds"
sibir
fəaliyyət
rusiya
https://cdnn1.img.sputnik.az/img/41492/70/414927008_0:0:2867:1614_1920x0_80_0_0_70f4155a294b426be59bfdf2bd81a05b.jpg
BAKI, 18 mart - Sputnik. Rusiyanın Sibir federal dairəsində fəqaliyyət göstərən "GiD" françayzinq tərəfindən idarə olunan "McDonald's" fast food restoranları hər zamanki kimi işləməyə davam edir və qiymətləri qaldırmır. Bu barədə RİA Novosti xəbər verir.Şirkətin "VKontakte" sosial şəbəkəsindəki səhifəsində və Telegram-dakı kanalında məlumat verilir ki, Novokuznetskdə fəaliyyət göstərən "GiD" MMC Novosibirsk, Berdsk, Tomsk, Kemerovo, Novokuznetsk, Barnaul və Krasnoyarskda 25 McDonald's restoranını idarə edir."Sibirdəki bütün McDonald's müəssisələri adi qaydada işləyir... Bu gün fast food şəbəkələri öz qiymətlərini xeyli artırıb. Bizim isə qiymətlərimiz eyni səviyyədə qalıb", - deyə məlumatda bildirilir.Keçən həftə McDonald's rəhbərliyi bildirib ki, "əməliyyat, texniki və logistik çətinliklər səbəbindən" şirkət martın 14-dən etibarən Rusiyadakı şəbəkə müəssisələrində xidmətləri müvəqqəti dayandırıb. Səbəb isə şirkətin "əsas çeşidləri saxlayaraq sahələrin fasiləsiz işləməsinə zəmanət verə bilməməsi, şəbəkə müəssisələrində qonaqların vərdiş etdiyi yüksək keyfiyyət standartlarını saxlaya biləcəyinə əmin olmamasıdır".Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı.Kempçinskinin izah etdiyi kimi, McDonald's-ın Rusiyadakı 62.000 işçisinin hamısı maaşlarını saxlayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220310/avropa-ve-cine-anti-rusiya-sanksiyalari-lazimdirmi-440029482.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41492/70/414927008_24:0:2755:2048_1920x0_80_0_0_11b4d3fedfbb5f48caae62bae12a076d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"mcdonalds", sibir, fəaliyyət, rusiya
"mcdonalds", sibir, fəaliyyət, rusiya
McDonald's Sibirdə fəaliyyətini davam etdirəcək
Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı.
BAKI, 18 mart - Sputnik. Rusiyanın Sibir federal dairəsində fəqaliyyət göstərən "GiD" françayzinq tərəfindən idarə olunan "McDonald's" fast food restoranları hər zamanki kimi işləməyə davam edir və qiymətləri qaldırmır. Bu barədə RİA Novosti xəbər verir.
Şirkətin "VKontakte" sosial şəbəkəsindəki səhifəsində və Telegram-dakı kanalında məlumat verilir ki, Novokuznetskdə fəaliyyət göstərən "GiD" MMC Novosibirsk, Berdsk, Tomsk, Kemerovo, Novokuznetsk, Barnaul və Krasnoyarskda 25 McDonald's restoranını idarə edir.
"Sibirdəki bütün McDonald's müəssisələri adi qaydada işləyir... Bu gün fast food şəbəkələri öz qiymətlərini xeyli artırıb. Bizim isə qiymətlərimiz eyni səviyyədə qalıb", - deyə məlumatda bildirilir.
Keçən həftə McDonald's rəhbərliyi bildirib ki, "əməliyyat, texniki və logistik çətinliklər səbəbindən" şirkət martın 14-dən etibarən Rusiyadakı şəbəkə müəssisələrində xidmətləri müvəqqəti dayandırıb. Səbəb isə şirkətin "əsas çeşidləri saxlayaraq sahələrin fasiləsiz işləməsinə zəmanət verə bilməməsi, şəbəkə müəssisələrində qonaqların vərdiş etdiyi yüksək keyfiyyət standartlarını saxlaya biləcəyinə əmin olmamasıdır".
Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı.
Kempçinskinin izah etdiyi kimi, McDonald's-ın Rusiyadakı 62.000 işçisinin hamısı maaşlarını saxlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.