Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov: "ABŞ birqütblü dünyaya can atır"

© AFP 2023 / OZAN KOSERusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Rusiya XİN başçısı bildirib ki, Qərbin sanksiyaları Rusiyanı ancaq gücləndirir.
BAKI, 18 mart — Sputnik. ABŞ birqütblü dünyaya can atır. Sputnik Azərbaycan "RT"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Baş verənlərin qiymətləndirilməsi, mənim nöqteyi-nəzərimdən, Amerikanın birqütblü dünyaya can atdığını açıq-aydın göstərir. Bu, ümumiyyətlə qlobal kənd olmayacaq, Amerika kəndi olacaq. Bəlkə də Amerika salonu - hamı ən güclünün sədaları altında rəqs edir, bunun hara olduğunu bilirsiniz", - Lavrov RT-yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, amerikalılar öz maraqlarından çıxış edərək ətraflarında qüvvələri səfərbər etməyə nail olurlar. "Onlar bütün Qərb dünyasını səfərbər edir, bunun bariz sübutu NATO üzvlərinin, Aİ üzvlərinin necə "müstəqil" olmasıdır", - XİN rəhbəri izah edib.
Lavrov bildirib ki, Qərbin sanksiyaları Rusiyanı ancaq gücləndirir.
Rusiyanın xarici işlər naziri Rusiya ilə Ukrayna arasındakı münasibətlərdə mövcud vəziyyəti anormal adlandırıb və bunun tədricən sona çatacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, rusların Ukrayna xalqı ilə heç vaxt məsələsi olmayıb və hər iki xalq mədəniyyət və ümumilikdə dünyagörüşü baxımından çox yaxındır.
"Ümid edirəm ki, bu anormal vəziyyət aradan qalxdıqdan sonra hər şey tədricən əvvəlki axarına qayıdacaq. Bu, tədricən olacaq. Qərbli həmkarlarımızın səyi ilə bunu tez bir zamanda etmək mümkün deyil. Onlar müxtəlif vasitələrdən istifadə edərək Ukraynanı Rusiyaya qarşı qoymağa çalışdılar", - deyə Lavrov RT-yə müsahibəsində bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Xəbər lenti
0