https://sputnik.az/20220317/rusiyadan-getirilen-sirniyyat-mehsullari-bahalasacaq-440242948.html
Rusiyadan gətirilən şirniyyat məhsulları bahalaşacaq
Rusiyadan gətirilən şirniyyat məhsulları bahalaşacaq
Sputnik Azərbaycan
"Permskaya" fabrikinin baş direktorunun sözlərinə görə, qənnadı fabrikinin şirniyyat məhsulları bahalaşacaq. 17.03.2022, Sputnik Azərbaycan
2022-03-17T16:26+0400
2022-03-17T16:26+0400
2022-03-17T16:26+0400
rusiya
rusiya
şirniyyat
https://cdnn1.img.sputnik.az/img/42263/27/422632790_0:0:2000:1125_1920x0_80_0_0_1b1cff8a16bc9020c971df2a58d15e06.jpg
BAKI, 17 mart — Sputnik. Rusiyanın "Permskaya" qənnadı fabrikinin şirniyyat məhsulları tezliklə bahalaşacaq.Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Boris Şvaytser bildirib.O qeyd edib ki, ölkədə və dünyada baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artacaq."Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, son iki həftə ərzində 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar", - Şvaytser əlavə edib.Qeyd edək ki, "Permskaya" fabrikinin şirniyyatları bütün Rusiyaya, eləcə də Azərbaycan, Gürcüstan, Qırğızıstan, Litva, Estoniya, Almaniya və ABŞ-a tədarük olunur. Müəssisədə 120-dən çox adda məhsul istehsal edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42263/27/422632790_227:0:2000:1330_1920x0_80_0_0_f115a059e5301a08f81b1fac29ff76eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, şirniyyat
Rusiyadan gətirilən şirniyyat məhsulları bahalaşacaq
"Permskaya" fabrikinin baş direktorunun sözlərinə görə, qənnadı fabrikinin şirniyyat məhsulları bahalaşacaq.
BAKI, 17 mart — Sputnik. Rusiyanın "Permskaya" qənnadı fabrikinin şirniyyat məhsulları tezliklə bahalaşacaq.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Boris Şvaytser bildirib.
O qeyd edib ki, ölkədə və dünyada baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artacaq.
"Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, son iki həftə ərzində 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar", - Şvaytser əlavə edib.
Qeyd edək ki, "Permskaya" fabrikinin şirniyyatları bütün Rusiyaya, eləcə də Azərbaycan, Gürcüstan, Qırğızıstan, Litva, Estoniya, Almaniya və ABŞ-a tədarük olunur. Müəssisədə 120-dən çox adda məhsul istehsal edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.