Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov: Rusiya Haaqa Məhkəməsinin tələbinə əməl etməyəcək

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidПресс-секретарь президента РФ Дмитрий Песков
Пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, beynəlxalq məhkəmənin "tərəflərin razılığı" anlayışı var. Burada isə heç bir razılıqdan söhbət gedə bilməz.
BAKI, 17 mart — Sputnik. Rəsmi Moskva BMT-nin Beynəlxalq Məhkəməsinin (Haaqa Məhkəməsi) Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarına əməl etməyəcək.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Xeyr, biz bu qərarı nəzərə ala bilməyəcəyik. Beynəlxalq məhkəmənin belə bir anlayışı var - tərəflərin razılığı. Burada heç bir razılıqdan söhbət gedə bilməz. İndiki halda bu, nəzərə ala bilməyəcəyimiz bir şeydir", - deyə Peskov Rusiyanın Haaqa Məhkəməsinin qərarını nəzərə alıb-almayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
"Rusiya Beynəlxalq məhkəmənin Ukraynada əməliyyatla bağlı qərarını nəzərə ala bilməyəcək", - Peskov əlavə edib.
Qeyd edək ki, ötən gün BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.
Baydenin Putin haqqında işlətdiyi "hərbi cinayətkar" sözü yolverilməzdir
Ukrayna ətrafında yaranan vəziyyəti şərh edən barədə açıqlama verib. O qeyd edib ki, Prezident Baydenin (ABŞ prezidenti Co Bayden - red.) Vladimir Putin haqqında işlətdiyi “hərbi cinayətkar” ifadəsi yolverilməzdir.
Peskovun sözlərinə gröə, Putin Ukraynaya xüsusi əməliyyat zonasına səfər etməyi hələ düşünmür, döyüşçülərlə hospitalda görüş də nəzərdə tutulmayıb.
Kremlin sözçüsü qeyd edib ki, "️Financial Times" qəzetində Rusiya-Ukrayna danışıqlarının gedişatı barədə yazı daha əvvəl edilən açıqlamalar əsasında hazırlanıb. Ayrı-ayrı düzgün olan məqamlar qeyd edilsə də, ümumilikdə yazı səhvdir.
Peskov həmçinin Ukraynadakı xüsusi əməliyyat fonunda satqınların olduğunu da etiraf edib:
"Xüsusi əməliyyat fonunda satqınlar üzə çıxır və həyatımızdan yox olurlar. Kimi vəzifəsindən gedir, kimi ölkədən".
O️, Rusiyanın vəziyyəti defolta çatdırmamaq üçün bütün imkanlarının olduğunu qeyd edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0