Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Medinski Ukrayna ilə danışıqların müddəti və gedişi barədə

© Sputnik / Александр Кряжев / Mediabanka keçidПереговоры России и Украины в Гомельской области
Переговоры России и Украины в Гомельской области - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Medinski deyib ki, danışıqlarda Ukrayna öz ordusu və hərbi-dəniz qüvvələri olan neytral demilitarizasiya olunmuş ölkənin "Avstriya" və ya "İsveç" variantını təklif edir.
BAKI, 17 mart - Sputnik. Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri, RF Prezidentinin köməkçisi Vladimir Medinski danışıqların gedişatı barədə danışıb.
"Danışıqlar hər gün səhərdən axşamacan videoəlaqə vasitəsilə gedir. Danışıqlarda hüquqşünaslar, diplomatlar, hərbçilər iştirak edirlər. Gecələr onlar kompromislər tapmaq üçün mövqelərin müqayisəsi ilə məşğul olurlar - bu ağırdır", deyə RİA Novosti Medisnkinin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, bəzi mövqelər üzrə tərəqqi var, lakin hər istiqamət üzrə bu belə deyil": "Danışıqlarda demək olar ki, hər bi hərf və rəqəm ciddi şəkildə müzakirə olunur, çünki bu nəsillərə keçəcək razılaşma olmalıdır".
Medinski məhz hansı maddələrin müzakirə olunduğunu ictimaiyyətə açıqlanmalı olmadığını bildirib. Lakin məlumdur ki, Ukraynanın neytral statusu, demilitarizasiya, Krım və Donbasın statusu, denasifikasiya, rusdilli əhalinin hüquqları əsas müzakirə mövzularındandır.
Medinski deyib ki, Ukrayna öz ordusu və hərbi-dəniz qüvvələri olan neytral demilitarizasiya olunmuş ölkənin "Avstriya" və ya "İsveç" variantını təklif edir: "Bu Müdafiə Nazirliyinin rəhbərliyi ilə müzakirə olunur".
"Danışıqlarda artıq misli görünməmiş iqtisadi müharibəni xatırladan anti-Rusiya sanksiyaları məsələsinə də toxunulur", Medinski deyib.
Danışıqların nə vaxt yekunlaşacağına gəldikdə, o, "müzakirələr ağır və asta gedir", deyə bildirib.
"Rusiyaya sülhsevər, azad, və müstəqil Ukrayna - dost və qonşu lazımdır", - Medinski fikrini yekunlaşdırıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin: "Müdafiə Nazirliyinin Ukraynadakı taktikası özünü tam doğruldub"
Xəbər lenti
0