Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xarkovdan yaralı soydaşımızın Azərbaycana təxliyəsi niyə gecikir? - Video

© Sputnik / Evgeny KarasevTIR sürücüsü
TIR sürücüsü - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Eksklüziv
A.Ağazadə deyib ki, həmin yaralının təcili tibbi yardım avtomobilindən başqa avtomobillə təxliyəsi mümkün deyil.
BAKI, 16 mart — Sputnik. Xarkovda ağır yaralı olan azərbaycanlı TIR sürücüsü Yusif Bayramovun vəziyyəti günü-gündən pisləşir. O, yenidən Azərbaycana gətirilməsi ilə bağlı müraciət edib.
"Birlik" Odessa diaspor təşkilatının sədr müavini Anar Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında yaralı TIR sürücüsü olan azərbaycanlının hazırda Xarkovda xəstəxanadan çıxardılması üçün çalışdıqlarını bildirib.
Onun sözlərinə görə, dünən bunun üçün özəl təcili tibbi yardım maşını axtarsalar da tapa bilməyiblər:
"Xarkovda yaralı vəziyyətdə qalan azərbaycanlıların taleyi bizi də narahat edir. Orada iki azərbaycanlı var. Biz onları həmin tibb müəssisəsindən çıxartmağa çalışsaq da, hazırda bu mümkün deyil. Oraya göndərmək üçün özəl təcili tibbi yardım maşınları tapa bilmirik. Yüksək məbləğə belə oraya getməyə razılaşan yoxdur".
A.Ağazadə deyib ki, həmin yaralının təcili tibbi yardım avtomobilindən başqa avtomobillə təxliyəsi mümkün deyil.
Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində baş verən atışma zamanı yaralanıb. Güllə yarası alan həmyerlimizin vəziyyəti günü-gündən pisləşir.
Masallı rayonu, Ərkivan kənd sakini Yusif Bayramov deyir ki, yaralandıqdan sonra onuXarkov şəhərində yerləşən 4 saylı təcili- tibbi yardım məntəqəsinə aparıblar.
Hazırda o, bu məntəqədə müalicə alır. Yusif Bayramov bildirib ki, müharibə olduğundan məntəqədə dərman və digər tibbi ləvazimatlar çatışmır. O, tezliklə bu ölkədən Azərbaycana təxliyə olunmağını istəyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0