https://sputnik.az/20220316/putin-ve-pasinyan-qarabagdaki-son-veziyyeti-muzakire-edibler-440225930.html
Rusiya və Ermənistan liderləri Qarabağdakı son vəziyyəti müzakirə ediblər
Rusiya və Ermənistan liderləri Qarabağdakı son vəziyyəti müzakirə ediblər
Sputnik Azərbaycan
Tərəflər Qarabağdakı son durumu, həmçinin Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər. 16.03.2022, Sputnik Azərbaycan
2022-03-16T21:00+0400
2022-03-16T21:00+0400
2022-03-16T21:52+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
nikol paşinyan
baş nazir nikol paşinyan
türkiyə
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643785_0:0:2847:1601_1920x0_80_0_0_2db6d792dfc3520bb9360d43a27f884b.jpg
BAKI, 16 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.RİA Novosti-nin yaydığı xəbərə görə, tərəflər Qarabağdakı son durumu, həmçinin Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər.Telefon söhbətində 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanmasına dair danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.Dialoq məsələsiSöhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri də müzakirə edilib.Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dilindən Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu bəyan edib. Ararat Mirzoyan Mirzoyan ötən gün Anadolu Agentliyinə müsahibəsində deyib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.Martın 11-də isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesini, həmçinin Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini müzakirə ediblər.Üçtərəfli bəyanatQeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643785_41:0:2772:2048_1920x0_80_0_0_31196931105a6663fb8607a43698daf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan, baş nazir nikol paşinyan, türkiyə, sergey lavrov
putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan, baş nazir nikol paşinyan, türkiyə, sergey lavrov
Rusiya və Ermənistan liderləri Qarabağdakı son vəziyyəti müzakirə ediblər
21:00 16.03.2022 (Yenilənib: 21:52 16.03.2022) Tərəflər Qarabağdakı son durumu, həmçinin Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər.
BAKI, 16 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
RİA Novosti-nin yaydığı xəbərə görə, tərəflər Qarabağdakı son durumu, həmçinin Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər.
Telefon söhbətində 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanmasına dair danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri də müzakirə edilib.
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dilindən Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu bəyan edib.
Ararat Mirzoyan Mirzoyan ötən gün Anadolu Agentliyinə müsahibəsində deyib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.
“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.
Martın 11-də isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesini, həmçinin Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.