Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin sosial-iqtisadi sabitlik tədbirləri haqda fərman imzalayıb

© AFP 2024 / ALEXANDER NEMENOVKremlə mənzərə, arxiv şəkli
Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Putin çətin vəziyyətə düşmüş müxtəlif kateqoriyadan olan Rusiya vətəndaşlarına zərurət yarandığı təqdirdə nağd ödənişlər etmək üçün dəstək tədbirləri görməyə göstəriş verib.
BAKI, 16 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasında sosial-iqtisadi sabitliyin təmin edilməsi və əhalinin müdafiəsi tədbirləri haqqında” fərman imzalayıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Putin regionların rəhbərliyindən sosial-iqtisadi sabitliyi təmin etmək üçün kompleks tədbirlər görməyi tələb edib.
“Rusiya Federasiyasının təsis qurumlarının yüksək vəzifəli şəxsləri müvafiq ərazilərin coğrafi xüsusiyyətlərini nəzərə alaraq, sosial-iqtisadi sabitliyin təmin edilməsi üçün kompleks tədbirlər görsünlər”, - Kremlin dərc etdiyi prezidentin fərmanının mətnində deyilir.
Kremlin mətbuat xidməti xəbər verir ki, Putin çətin vəziyyətə düşmüş müxtəlif kateqoriyadan olan Rusiya vətəndaşlarına zərurət yarandığı təqdirdə nağd ödənişlər etmək üçün dəstək tədbirləri görməyə göstəriş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin: "Müdafiə Nazirliyinin Ukraynadakı taktikası özünü tam doğruldub"
Xəbər lenti
0