Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ bütün dünyada müxalif fikirləri sıxışdırır - Zaxarova

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationОфициальный представитель Министерства иностранных дел России Мария Захарова
Официальный представитель Министерства иностранных дел России Мария Захарова  - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Nazirlik nümayəndəsi bildirib ki, bu yalnız başqalarının maraqlarına deyil, prinsipcə sağlam düşüncəyə ziddir
BAKI, 16 mart — Sputnik. "ABŞ bütün dünya institutlarında müxalif fikirləri sıxışdırır, onları öz siyasi maraqlarına tabe etməyə çalışır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Müqavilələr, razılaşmalar, mövcud təşkilatlar - eyni şey hər yerdə davam edir: öz məqsədləri üçün faydalı olanı sıxışdırmaq, məhv etmək və istifadə etmək. Baxmayaraq ki, bu yalnız başqalarının maraqlarına deyil, prinsipcə sağlam düşüncəyə ziddir" - deyə o bildirib.
Zaxarova əlavə edib ki, eyni şey idman sahəsinə də aiddir.
XİN başçısının müavini ümid etdiyini bildirib ki, bir müddətdən sonra ABŞ Rusiya ilə strateji sabitlik üzrə danşıqları davam etdirməyin lazım olduğunu anlayacaq:
"Rusiya ABŞ-la əlaqəni tam sıfırlamaq fikrində deyil, ünsiyyət davam edir. Ukrayna ətrafındakı vəziyyət ABŞ-nın neçə illər ərzində atdığı addımların nəticəsidir. Ukraynayla bağlı RF və ABŞ tam əks yanaşma sərgiləyirlər".
Rusiya XİN başçısının müavini Sergey Ryabkov qeyd edib ki, Vaşinqtonun Ukraynada baş verənlərdə rolu destruktivdir:
"Moskva ABŞ-nın bu siyasətini pisləyir. Guya ki, Rusiyanın İranla nüvə sazışınin bərpasını pozmağa cəhdləri barədə bəyanatlar tam əsassızdır".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
BMT-nin binası - Sputnik Azərbaycan, 1920, 15.03.2022
RUSİYA
Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim edəcək
Xəbər lenti
0