Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələri Xerson vilayətinə nəzarəti tam ələ keçirib

© REUTERS / STRINGERXerson
Xerson - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Məlumatda qeyd olunub ki, sutka ərzində altısı "Bayraktar TB-2" PUA-sı olmaqla, 16 hava obyekti məhv edilib.
BAKI, 15 mart — Sputnik. Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sutka ərzində altısı "Bayraktar TB-2" PUA-sı olmaqla, 16 hava obyekti məhv edilib: "Kramatorsk ətrafında aerodroma zərbə endirilib, 10 təyyarə və helikopter məhv edilib. Aviasiya 136 hərbi obyektə zərbələr endirib. Əməliyyat başlayandan 1306 tank və zirehli texnika, 471 top və minaatan, 127 yaylım atəşi sistemləri, 156 PUA məhv edilib. Kiyev vilayətində xarici muzdluların dayaq nöqtəsi məhv edilib, 10 Javelin raket kompleksi götürülüb".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0