https://sputnik.az/20220315/rusiya-co-bayden-basda-olmaqla-13-amerikaliya-qarsi-sanksiya-tetbiq-edib-440183414.html
Rusiya Co Bayden başda olmaqla 13 amerikalıya qarşı sanksiya tətbiq edib
Rusiya Co Bayden başda olmaqla 13 amerikalıya qarşı sanksiya tətbiq edib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “stop siyahı”ya 13 nəfər daxildir. 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T19:50+0400
2022-03-15T19:50+0400
2022-03-15T20:25+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
xin
sanksiya
co bayden
rusiya prezidenti vladimir putin
entoni blinken
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660492_0:0:3073:1728_1920x0_80_0_0_a3db84b7ee9a34bde155a0b193bfbeb4.jpg
BAKI, 15 mart - Sputnik. Rusiya ABŞ rəhbərliyinin nümayəndələri və onlarla əlaqəli şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq edib.Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “stop siyahı”ya 13 nəfər daxildir:ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli, Ağ Evin mətbuat katibi Cen Psaki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinqh, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer, ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klinton, maliyyə nazirinin birinci müavini Adeveyl Adevemo, İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri Reta Cozef Lyuis, prezidentin oğlu Hanter Bayden.Bəyanata görə, bu tədbir Rusiyanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişini qadağan edən sanksiyalara cavab olaraq atılıb.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660492_136:0:2867:2048_1920x0_80_0_0_81d1774352b44ef4face43da74d3dfe7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, xin, sanksiya, co bayden, rusiya prezidenti vladimir putin, entoni blinken
rusiya, xin, sanksiya, co bayden, rusiya prezidenti vladimir putin, entoni blinken
Rusiya Co Bayden başda olmaqla 13 amerikalıya qarşı sanksiya tətbiq edib
19:50 15.03.2022 (Yenilənib: 20:25 15.03.2022) Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “stop siyahı”ya 13 nəfər daxildir.
BAKI, 15 mart - Sputnik. Rusiya ABŞ rəhbərliyinin nümayəndələri və onlarla əlaqəli şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “stop siyahı”ya 13 nəfər daxildir:
ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli, Ağ Evin mətbuat katibi Cen Psaki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinqh, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer, ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klinton, maliyyə nazirinin birinci müavini Adeveyl Adevemo, İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri Reta Cozef Lyuis, prezidentin oğlu Hanter Bayden.
Bəyanata görə, bu tədbir Rusiyanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişini qadağan edən sanksiyalara cavab olaraq atılıb.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.