https://sputnik.az/20220315/rusiya-avropa-surasindan-cixdi-440187593.html
Rusiya Avropa Şurasından çıxdı
Rusiya Avropa Şurasından çıxdı
Sputnik Azərbaycan
Fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T21:56+0400
2022-03-15T21:56+0400
2022-03-16T00:11+0400
rusiya
avropa şurası
avropa şurası parlament assambleyası
rusiya prezidenti vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/40349/18/403491835_0:203:3888:2390_1920x0_80_0_0_f886262449dd97dc7c1cb0d0770aa50e.jpg
BAKI, 15 mart - Sputnik. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Avropa Şurasından çıxmasına dair bildirişi təqdim edib.Bu barədə Rusiya XİN məlumat yayıb.Nazirlikdən bildirilib ki, fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də Baş katibə müraciət edib."Rusiya Avropa Şurasını tərk edir. Ölkə bunu öz istəyi ilə edir". Bu sözləri isə deputat Pyotr Tolstoy bildirib.XİN rəhbəri Sergey Lavrovun Rusiyanın qurumdan çıxması barədə məktubu AŞ baş katibinə çatdırılıb.Rusiya Xarici İşlər Nazirliyinin martın 10-da yaydığı bəyanatda bu barədə deyilir: "Moskva NATO və Aİ ölkələri tərəfindən Avropa Şurasının Qərb müştəbehliyi platformasına çevrilməsində iştirak etməyəcək: bir-birinizdən həzz alın, amma Rusiyasız". Bəyanatda həmçinin qeyd olunur ki, Rusiyaya qarşı dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropa məkanında ümumi humanitar-hüquqi məhv etmək yolunu davam etdirirlər. Hadisələrin gedişi dönməz xarakter alır. "Rusiya ABŞ-ın tapdaladığı beynəlxalq hüququn yerinə "qaydalara əsaslanan nizam"ın tətbiqi istiqamətində kollektiv Qərbin və onun peyklərinin həyata keçirdiyi təxribatçı hərəkətlərə dözmək niyyətində deyil. Rusiya NATO və Aİ-nin Avropanın ən qədim təşkilatını Qərbin üstünlüyü və müştəbehliyi ilə bağlı şirnikləndirmələr üçün başqa platformaya çevirməsində iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar", - deyə XİN-in bəyanatında qeyd olunub.Xatırladaq ki, martın 14-15-də Strasburqda Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fövqəladə iclası keçirilib.Fevralın 25-də Avropa Şurası Rusiyanın təşkilatdakı hüquqlarını dayandırmaq barədə qərar qəbul edərək, bunun müvəqqəti tədbir olduğunu, ölkənin Avropa Şurasının üzvü olaraq qaldığını qeyd edib. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı şikayətlərə baxılması davam etdiriləcəyini bildirib.Bundan əvvəl Rusiya nümayəndə heyətinin üzvü, senator Aleksandr Başkin bildirmişdi ki, nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırır. Bu gün Dövlət Dumasının vitse-spikeri və Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy bildirib ki, Rusiya nümayəndə heyəti AŞPA və Avropa Şurasının digər qurumlarının işində iştirak etmir, bundan əlavə, yaxın gələcəkdə Moskva təşkilatla razılaşmanı ləğv edə və ondan çıxa bilər.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40349/18/403491835_216:0:3672:2592_1920x0_80_0_0_06762ff5fee14b2639ea71d39d1b3d6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa şurası, avropa şurası parlament assambleyası, rusiya prezidenti vladimir putin, ukrayna
avropa şurası, avropa şurası parlament assambleyası, rusiya prezidenti vladimir putin, ukrayna
Rusiya Avropa Şurasından çıxdı
21:56 15.03.2022 (Yenilənib: 00:11 16.03.2022) Fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib.
BAKI, 15 mart - Sputnik. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Avropa Şurasından çıxmasına dair bildirişi təqdim edib.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlikdən bildirilib ki, fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də Baş katibə müraciət edib.
"Rusiya Avropa Şurasını tərk edir. Ölkə bunu öz istəyi ilə edir". Bu sözləri isə deputat Pyotr Tolstoy bildirib.
XİN rəhbəri Sergey Lavrovun Rusiyanın qurumdan çıxması barədə məktubu AŞ baş katibinə çatdırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin martın 10-da yaydığı bəyanatda bu barədə deyilir:
"Moskva NATO və Aİ ölkələri tərəfindən Avropa Şurasının Qərb müştəbehliyi platformasına çevrilməsində iştirak etməyəcək: bir-birinizdən həzz alın, amma Rusiyasız".
Bəyanatda həmçinin qeyd olunur ki, Rusiyaya qarşı dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropa məkanında ümumi humanitar-hüquqi məhv etmək yolunu davam etdirirlər. Hadisələrin gedişi dönməz xarakter alır.
"Rusiya ABŞ-ın tapdaladığı beynəlxalq hüququn yerinə "qaydalara əsaslanan nizam"ın tətbiqi istiqamətində kollektiv Qərbin və onun peyklərinin həyata keçirdiyi təxribatçı hərəkətlərə dözmək niyyətində deyil. Rusiya NATO və Aİ-nin Avropanın ən qədim təşkilatını Qərbin üstünlüyü və müştəbehliyi ilə bağlı şirnikləndirmələr üçün başqa platformaya çevirməsində iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar", - deyə XİN-in bəyanatında qeyd olunub.
Xatırladaq ki, martın 14-15-də Strasburqda Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fövqəladə iclası keçirilib.
Fevralın 25-də Avropa Şurası Rusiyanın təşkilatdakı hüquqlarını dayandırmaq barədə qərar qəbul edərək, bunun müvəqqəti tədbir olduğunu, ölkənin Avropa Şurasının üzvü olaraq qaldığını qeyd edib. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı şikayətlərə baxılması davam etdiriləcəyini bildirib.
Bundan əvvəl Rusiya nümayəndə heyətinin üzvü, senator Aleksandr Başkin bildirmişdi ki, nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırır. Bu gün Dövlət Dumasının vitse-spikeri və Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy bildirib ki, Rusiya nümayəndə heyəti AŞPA və Avropa Şurasının digər qurumlarının işində iştirak etmir, bundan əlavə, yaxın gələcəkdə Moskva təşkilatla razılaşmanı ləğv edə və ondan çıxa bilər.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.