Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Avropa İttifaqının prezidenti ilə nə danışdı?

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Rusiya lideri qeyd edib ki, Kiyev qarşılıqlı məqbul həll yollarının tapılmasına ciddi münasibət nümayiş etdirmir.
BAKI, 15 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyət, habelə humanitar aspektlər, mülki şəxslərin təxliyəsi ilə bağlı müzakirələr davam etdirilib.
Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında Rusiyanın tələbləri nəzərə alınmaqla razılaşmaların işlənib hazırlanması üzrə davam edən danışıqlara dair prinsipial qiymətləndirmələrini açıqlayıb.
Rusiya lideri eyni zamanda qeyd edib ki, Kiyev qarşılıqlı məqbul həll yollarının tapılmasına ciddi münasibət nümayiş etdirmir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0