https://sputnik.az/20220315/patrusev-kiyevde-xarici-meslehetcilerin-bollugu-yeni-tehlukelere-sebeb-olur-440180136.html
Patruşev: Kiyevdə xarici məsləhətçilərin bolluğu yeni təhlükələrə səbəb olur
Patruşev: Kiyevdə xarici məsləhətçilərin bolluğu yeni təhlükələrə səbəb olur
Sputnik Azərbaycan
Nikolay Patruşev bildirib ki, Ukraynanın nüvə silahını yaratması bütün dünyanın təhlükəsizliyini təhdid edəcək və nüvə müharibəsinin başlanmasına səbəb olacaq. 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T18:37+0400
2022-03-15T18:37+0400
2022-03-15T18:37+0400
nikolay patruşev
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
kiyev
ukrayna
komendant saatı
rusiya prezidenti vladimir putin
qroznı
https://cdnn1.img.sputnik.az/img/41212/39/412123927_0:62:2877:1680_1920x0_80_0_0_f3bf530674936d87262ff9711ff0689e.jpg
BAKI, 15 mart — Sputnik. Qroznıda Şimali Qafqaz federal dairəsində milli təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə iclas keçirilir.Ukrayna ərazisində məskunlaşan çoxlu sayda xarici məsləhətçi və müşavir daim Rusiyanın təhlükəsizliyinə qarşı yeni təhdidlərin yaradılmasına səbəb olur. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib."NATO-nun fəal şəkildə genişlənməsi, Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturun inkişafı, silahlara nəzarət sisteminin məhv edilməsi, Ukrayna ərazisinin potensial hərbi əməliyyatlar teatrı kimi mənimsənilməsi – nəticədə bütün bunlar Avropada təhlükəsizlik böhranına səbəb oldu", - deyə Patruşev əlavə edib.Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, eyni zamanda, Rusiyanın bərabər və bölünməz təhlükəsizlik prinsiplərinin həyata keçirilməsi, hüquqi müəyyən edilmiş təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə bağlı təkliflərinə məhəl qoyulmayıb."2014-cü ildə Kiyevdə baş verən dövlət çevrilişindən sonra hakimiyyəti ələ keçirənlərin yetişdirdiyi millətçilik aqressiv rusofobiya və neonasizm şəklini aldı. Ukrayna faktiki olaraq ABŞ-ın xarici nəzarəti altına düşüb, onun məqsədi Ukraynanı Rusiyaya düşmən bir dövlətə çevirməkdir", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi izah edib.Nikolay Patruşev bildirib ki, Ukraynanın nüvə silahını yaratması bütün dünyanın təhlükəsizliyini təhdid edəcək və nüvə müharibəsinin başlanmasına səbəb olacaq.O vurğulayıb ki, Rusiya bu cür silahların "azğın, idarə olunmayan" ukraynalı millətçilərin əlində görünməsinə icazə verə bilməz. Onun sözlərinə görə, Kiyevdə bunun üçün hər şey var idi: səlahiyyətlər, texnologiyalar, xammal və çatdırılma vasitələri.Bundan əlavə, Patruşev vurğulayıb ki, Kiyev rejiminə bioloji və nüvə silahlarının yaradılmasında kömək edən məhz ABŞ məsləhətçiləridir.Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı plana uyğun olaraq həyata keçirilir.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41212/39/412123927_4:0:2735:2048_1920x0_80_0_0_dcb1f764731e40aaacac8a234f920523.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikolay patruşev, kiyev, ukrayna, komendant saatı, rusiya prezidenti vladimir putin, qroznı
nikolay patruşev, kiyev, ukrayna, komendant saatı, rusiya prezidenti vladimir putin, qroznı
Patruşev: Kiyevdə xarici məsləhətçilərin bolluğu yeni təhlükələrə səbəb olur
Nikolay Patruşev bildirib ki, Ukraynanın nüvə silahını yaratması bütün dünyanın təhlükəsizliyini təhdid edəcək və nüvə müharibəsinin başlanmasına səbəb olacaq.
BAKI, 15 mart — Sputnik. Qroznıda Şimali Qafqaz federal dairəsində milli təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə iclas keçirilir.
Ukrayna ərazisində məskunlaşan çoxlu sayda xarici məsləhətçi və müşavir daim Rusiyanın təhlükəsizliyinə qarşı yeni təhdidlərin yaradılmasına səbəb olur. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"NATO-nun fəal şəkildə genişlənməsi, Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturun inkişafı, silahlara nəzarət sisteminin məhv edilməsi, Ukrayna ərazisinin potensial hərbi əməliyyatlar teatrı kimi mənimsənilməsi – nəticədə bütün bunlar Avropada təhlükəsizlik böhranına səbəb oldu", - deyə Patruşev əlavə edib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, eyni zamanda, Rusiyanın bərabər və bölünməz təhlükəsizlik prinsiplərinin həyata keçirilməsi, hüquqi müəyyən edilmiş təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə bağlı təkliflərinə məhəl qoyulmayıb.
"2014-cü ildə Kiyevdə baş verən dövlət çevrilişindən sonra hakimiyyəti ələ keçirənlərin yetişdirdiyi millətçilik aqressiv rusofobiya və neonasizm şəklini aldı. Ukrayna faktiki olaraq ABŞ-ın xarici nəzarəti altına düşüb, onun məqsədi Ukraynanı Rusiyaya düşmən bir dövlətə çevirməkdir", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi izah edib.
Nikolay Patruşev bildirib ki, Ukraynanın nüvə silahını yaratması bütün dünyanın təhlükəsizliyini təhdid edəcək və nüvə müharibəsinin başlanmasına səbəb olacaq.
O vurğulayıb ki, Rusiya bu cür silahların "azğın, idarə olunmayan" ukraynalı millətçilərin əlində görünməsinə icazə verə bilməz. Onun sözlərinə görə, Kiyevdə bunun üçün hər şey var idi: səlahiyyətlər, texnologiyalar, xammal və çatdırılma vasitələri.
Bundan əlavə, Patruşev vurğulayıb ki, Kiyev rejiminə bioloji və nüvə silahlarının yaradılmasında kömək edən məhz ABŞ məsləhətçiləridir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı plana uyğun olaraq həyata keçirilir.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.