Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərbin təzyiqləri Moskvanın mövqeyini dəyişməyəcək

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidRus ordusu
Rus  ordusu - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Rusiya XİN-in İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Moskvanın Qərbin sanksiyalarına reaksiyası operativ və təsirli olacaq.
BAKI, 14 mart — Sputnik. "Moskva ABŞ və Avropadan sanksiyaları ləğv etməyi tələb etməyəcək, Qərbin təzyiqləri Moskvanın mövqeyini dəyişməyəcək". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
"Sanksiyalar bizim qərarımız deyil. Bunlar etiraf edək ki, ABŞ və peykləri tərəfindən Rusiyaya təzyiq etmək, iqtisadiyyatımızı və sadə rusları çox çətin vəziyyətə salmaq istəyənlər tərəfindən qəbul edilir. Ona görə də bizə təzyiq vasitəsi kimi sanksiyalar, birincisi, qeyri-legitimdir, ikinci növbədə isə nəticə verməyəcək", - Verşinin bildirib.
"Biz bu sanksiyaların ləğvini tələb etməyəcəyik. Sadəcə olaraq, biz dostlara və həmfikirlərə arxalanaraq iqtisadiyyatımızı və müstəqil inkişaf etmək qabiliyyətimizi artırmağa davam edəcəyik", - nazir müavini "İzvestiya"ya müsahibəsində əlavə edib.
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi ilə Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Buna cavab olaraq ABŞ, Aİ ölkələri və bir sıra digər dövlətlər, o cümlədən Yaponiya Rusiyaya və Rusiyanın iri şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bir qədər əvvəl dediyi kimi, Qərbin sanksiyaları çox ciddidir, Rusiya onlara əvvəlcədən hazırlaşırdı. Peskov deyib ki, Rusiyanın maraqlarına cavab verən cavab tədbirləri hazırlamaq üçünqurumların əlaqələndirilməsi tələb olunur.
Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Moskvanın Qərbin sanksiyalarına reaksiyası operativ və təsirli olacaq və bütün istiqamətlərdə cavab tədbirləri üzərində iş aparılır. O qeyd edib ki, artan məhdudiyyətlər fonunda Rusiya tərəfi valyuta ehtiyatlarında və xarici hesablaşmalarda dollardan istifadəni azaldır, qeyri-Qərb kapital bazarlarına keçir, həmçinin investisiya layihələrini xarici mənfi təsirlərdən qorumaq üçün səylər göstərir.
Diplomat vurğulayıb ki, Moskva Avropa İttifaqının Rusiyaya qarşı "total iqtisadi müharibə" başlatmasından təəssüflənir. Eyni zamanda Biriçevski qeyd edib ki, Aİ sanksiyaları İttifaqın öz vətəndaşlarına böyük ziyan vurur və onların tətbiqinin səbəblərini məntiqlə əsaslandırmaq çətindir.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Qərbə qarşı cavab xarakterli şəxsi sanksiyalar siyahıları hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0