https://sputnik.az/20220314/ki-avtobus-azerbaycanli-ukraynada-qaynar-bolgelerden-cixardilib-440123026.html
İki avtobus azərbaycanlı Ukraynada qaynar bölgələrdən çıxardılıb
İki avtobus azərbaycanlı Ukraynada qaynar bölgələrdən çıxardılıb
Sputnik Azərbaycan
Onlar ya qaldıqları yerdə şəraitsizlikdən gileylənirlər, yaxud da oradan Azərbaycana göndərilmələrinin yubanmasından şikayət edirlər. 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T12:55+0400
2022-03-14T12:55+0400
2022-03-14T13:19+0400
avtobus
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439966453_0:0:3072:1728_1920x0_80_0_0_7fbd21c8030a2de7d01182a33e7ec736.jpg
BAKI, 14 mart — Sputnik. Soydaşlarımızdan ibarət iki avtobus azərbaycanlı Ukraynada hərbi əməliyyatların aparıldığı qaynar bölgələrdən çıxardılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov bildirib. O, deyib ki, ötən gün Dneprdən və Sumunskidən hərəsi 50 nəfərdən ibarət iki qrup təxliyə edilib. Onlara avtobuslar təşkil edilib, öz hesablarına həmin avtobuslarla qaynar bölgələri tərk ediblər. C. Məmmədov hazırda Ukraynada qalan azərbaycanlıların əsasən Ukrayna vətəndaşı olan, həyat yoldaşı ukraynalı və övladı hərbi xidmət yaşında olanlar olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər özləri Ukraynanı tərk etmək istəmədiklərini bildiriblər.Rada rəhbəri artıq onlara təxliyə üçün müraciətlərin azaldığını, təxliyə edilən bölgələrdən isə şikayətlərin artdığını söyləyib: "İndi də Polşa və Moldovaya təxliyə edilənlər ordan bizə müraciət edirlər. Onlar ya qaldıqları yerdə şəraitsizlikdən gileylənirlər, yaxud da oradan Azərbaycana göndərilmələrinin yubanmasından şikayət edirlər. Halbuki, əvvəl bizə bombardmanın altından çıxmaq üçün yalvarırdılar ki, onları xilas edək".C. Məmmədov hazırda Lvov vağzalında sakitçlik olduğunu, əvvəlki sıxlığın yaşanmadığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439966453_341:0:3072:2048_1920x0_80_0_0_225c0d5dee54e35292054a894205aa3a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus, ukrayna, rusiya
İki avtobus azərbaycanlı Ukraynada qaynar bölgələrdən çıxardılıb
12:55 14.03.2022 (Yenilənib: 13:19 14.03.2022) Onlar ya qaldıqları yerdə şəraitsizlikdən gileylənirlər, yaxud da oradan Azərbaycana göndərilmələrinin yubanmasından şikayət edirlər.
BAKI, 14 mart — Sputnik. Soydaşlarımızdan ibarət iki avtobus azərbaycanlı Ukraynada hərbi əməliyyatların aparıldığı qaynar bölgələrdən çıxardılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov bildirib. O, deyib ki, ötən gün Dneprdən və Sumunskidən hərəsi 50 nəfərdən ibarət iki qrup təxliyə edilib.
Onlara avtobuslar təşkil edilib, öz hesablarına həmin avtobuslarla qaynar bölgələri tərk ediblər. C. Məmmədov hazırda Ukraynada qalan azərbaycanlıların əsasən Ukrayna vətəndaşı olan, həyat yoldaşı ukraynalı və övladı hərbi xidmət yaşında olanlar olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər özləri Ukraynanı tərk etmək istəmədiklərini bildiriblər.
Rada rəhbəri artıq onlara təxliyə üçün müraciətlərin azaldığını, təxliyə edilən bölgələrdən isə şikayətlərin artdığını söyləyib: "İndi də Polşa və Moldovaya təxliyə edilənlər ordan bizə müraciət edirlər. Onlar ya qaldıqları yerdə şəraitsizlikdən gileylənirlər, yaxud da oradan Azərbaycana göndərilmələrinin yubanmasından şikayət edirlər. Halbuki, əvvəl bizə bombardmanın altından çıxmaq üçün yalvarırdılar ki, onları xilas edək".
C. Məmmədov hazırda Lvov vağzalında sakitçlik olduğunu, əvvəlki sıxlığın yaşanmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.