Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

BMT-nin baş katibi nüvə münaqişəsi perspektivini dəyərləndirib

© AP Photo / K.M. ChaudaryBMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl NATO-nun aparıcı ölkələrinin yüksək rütbəli rəsmilərinin Rusiya Federasiyasına qarşı aqressiv bəyanatları fonunda çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyinə keçməsi barədə göstəriş verib.
BAKI, 14 mart - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş nüvə münaqişəsi perspektivinin “yenidən mümkün sferada olduğunu” deyib. Bu barədə RİA Novosti xəbər yayıb.
"Rusiya nüvə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi qorxunc hadisədir. Bir vaxtlar ağlasığmaz olan nüvə münaqişəsi perspektivi indi yenidən mümkün sferasındadır", - deyə Quterreş jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi və mühafizəsi təmin edilməlidir. Baş katib həmçinin tərəfləri “diplomatiya və sülh yoluna çıxmağa” çağırıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl NATO-nun aparıcı ölkələrinin yüksək rütbəli rəsmilərinin Rusiya Federasiyasına qarşı aqressiv bəyanatları fonunda çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyinə keçməsi barədə göstəriş verib.
Bundan xeyli əvvəl isə Rusiya, Çin, Böyük Britaniya, Fransa və ABŞ liderləri nüvə silahına malik ölkələr arasında müharibənin qarşısının alınması ilə bağlı birgə bəyanat yayıblar.
“Nüvə beşliyi” ölkələrinin başçıları da qarşılıqlı hörmət və bir-birinin maraqlarının tanınması əsasında dialoq aparmaq əzmində olduqlarını bəyan ediblər.
Bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, “nüvə beşliyi”nin bəyanatı Rusiyanın təşəbbüsü ilə hazırlanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin, o cümlədən baş komandan kimi Rusiya vətəndaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi üçün tədbirlər görür.
O qeyd edib ki, Rusiya NATO ölkələrinin və alyansın özünün nümayəndələrinin ona ünvanladığı “tamamilə qeyri-dost” bəyanatları eşidən “aqressiv mühitdə” yaşayır.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Çernobılda binalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Çernobıl AES-də soyutma sistemləri adi rejimdə işləyəcək
Xəbər lenti
0