Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-da "Facebook" və "Twitter"i qadağan etməyə çağırdılar

© AFP 2024 / KIRILL KUDRYAVTSEVFacebook
Facebook - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
ABŞ-ın "Breitbart" portalının oxucuları "Roskomnadzor"un Rusiya mediasına çıxışın məhdudlaşdırılması səbəbindən "Facebook"u bloklamaq qərarı ilə bağlı xəbəri şərh ediblər.
BAKI, 14 mart — Sputnik. "Breitbart" oxucuları Rusiyada sosial şəbəkənin bloklanmasından sonra ABŞ-da da "Facebook"u qadağan etməyə çağırıblar.
ABŞ-ın "Breitbart" portalının oxucuları "Roskomnadzor"un Rusiya mediasına çıxışın məhdudlaşdırılması səbəbindən "Facebook"u bloklamaq qərarı ilə bağlı xəbəri şərh ediblər.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, istifadəçilər sosial şəbəkənin rəhbərliyinin özünün Rusiyanı belə sərt tədbirlərə təhrik etdiyini qeyd ediblər. Hətta bəziləri onun ABŞ-da hələ də fəaliyyət göstərməsinə təəssüfləniblər.
"Demək olar ki, bütün amerikalılar bu barədə Putinlə həmfikirdirlər", - Medecineman qeyd edib.
"Kaş ki, bizim ölkədə də "Facebook"u, eyni zamanda "Twitter"i də blok etmək mümkün olsaydı", – deyə HillaryIsALoser bildirib.
"Onları qınadığımı deyə bilmərəm. Axı Facebook ABŞ-ın kəşfiyyat aparatının bir hissəsidir", - Triggerhappy Ranch yazıb.
"2020-ci il seçkilərində Zukerberqin rolu Tramp məsələsindəki, kimi diqqətlə araşdırılmalıdır" - deyə DC qeyd edib.
Xatırladaq ki, Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib ki, Rusiya "Meta" şırkətinə qarşı cinayət işinin açılması ilə bağlı ölkədəki ABŞ səfirliyinə nota təqdim edib. Məsələ Facebook və Instagram sosial şəbəkələrində yerləşdirilən rusiyalılara qarşı zorakılığa çağırışlardadır. Cinayət işi ekstremist fəaliyyətinə çağırışlar və terrorçuluq fəaliyyətinə dəstək maddələri ilə açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0