https://sputnik.az/20220313/rusiya-hkq-ukraynada-xeyli-xarici-muzdlunu-mehv-edib---rf-mudafie-nazirliyi--440110244.html
Rusiya HKQ Ukraynada xeyli xarici muzdlunu məhv edib - RF MN
Rusiya HKQ Ukraynada xeyli xarici muzdlunu məhv edib - RF MN
Sputnik Azərbaycan
MN nümayəndəsi bildirib ki, həmin obyektlərdə “xarici muzdluların təlimi və döyüş koordinasiyası üçün məntəqə olub.
2022-03-13T20:06+0400
2022-03-13T20:06+0400
2022-03-13T20:37+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
rusiya
mn
https://cdnn1.img.sputnik.az/img/40761/51/407615113_0:0:2836:1595_1920x0_80_0_0_25da8bb49cb3c8370dbb1311923ffb55.jpg
BAKI, 13 mart - Sputnik. Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynada 180-ə yaxın xarici muzdlu əsgəri məhv edib. RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.Onun sözlərinə görə, bazar günü səhər saatlarında Rusiya ordusu Ukrayna silahlı qüvvələrinin Stariçi kəndində və Yavorovski hərbi poliqonunda yerləşən təlim mərkəzlərinə dəqiq idarə olunan uzaqmənzilli silahlarla hücum edib və 180-dək əcnəbi muzdlu və çoxlu sayda xarici silahı öldürüb.“Martın 13-də səhər saatlarında Ukrayna silahlı qüvvələrinin Stariçi kəndində və Yavorovski hərbi poliqonunda yerləşən təlim mərkəzlərinə yüksək dəqiqlikli uzaqmənzilli silahlar hücum edib”, - Konaşenkov bildirib. Onun sözlərinə görə, bu obyektlərdə Kiyev rejimi “Rusiya hərbçilərinə qarşı döyüş əməliyyatlarının aparıldığı bölgələrə göndərilməzdən əvvəl xarici muzdluların təlimi və döyüş koordinasiyası üçün məntəqə, habelə buradan gələn silah və hərbi texnika üçün anbar bazası yerləşdirib".General həmçinin bildirib ki, Ukraynada keçirilən hərbi xüsusi əməliyyatın 18 günü ərzində Rusiya ordusu Ukrayna hərbçilərinin 3736 infrastruktur obyektini məhv edib.“Ümumilikdə əməliyyat zamanı Ukraynanın 3736 hərbi infrastruktur obyekti sıradan çıxarılıb: 100 təyyarə, 139 pilotsuz uçuş aparatı, 1234 tank və digər zirehli döyüş maşını, 122 reaktiv yaylım atəş sistemi, 452 səhra artilleriya və minaatan, 1013 ədəd xüsusi təyinatlı hərbi texnika".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220313/ukraynada-mehv-edilen-herbi-obyektlerin-sayi-3700-e-yaxinlasir-440100918.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40761/51/407615113_55:0:2655:1950_1920x0_80_0_0_54d1bf47f644de9bf6445e2e5a40a427.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya hkq ukraynada xeyli xarici muzdlunu məhv edib - rf müdafiə nazirliyi
rusiya hkq ukraynada xeyli xarici muzdlunu məhv edib - rf müdafiə nazirliyi
Rusiya HKQ Ukraynada xeyli xarici muzdlunu məhv edib - RF MN
20:06 13.03.2022 (Yenilənib: 20:37 13.03.2022) MN nümayəndəsi bildirib ki, həmin obyektlərdə “xarici muzdluların təlimi və döyüş koordinasiyası üçün məntəqə olub.
BAKI, 13 mart - Sputnik. Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynada 180-ə yaxın xarici muzdlu əsgəri məhv edib. RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.
Onun sözlərinə görə, bazar günü səhər saatlarında Rusiya ordusu Ukrayna silahlı qüvvələrinin Stariçi kəndində və Yavorovski hərbi poliqonunda yerləşən təlim mərkəzlərinə dəqiq idarə olunan uzaqmənzilli silahlarla hücum edib və 180-dək əcnəbi muzdlu və çoxlu sayda xarici silahı öldürüb.
“Martın 13-də səhər saatlarında Ukrayna silahlı qüvvələrinin Stariçi kəndində və Yavorovski hərbi poliqonunda yerləşən təlim mərkəzlərinə yüksək dəqiqlikli uzaqmənzilli silahlar hücum edib”, - Konaşenkov bildirib.
Onun sözlərinə görə, bu obyektlərdə Kiyev rejimi “Rusiya hərbçilərinə qarşı döyüş əməliyyatlarının aparıldığı bölgələrə göndərilməzdən əvvəl xarici muzdluların təlimi və döyüş koordinasiyası üçün məntəqə, habelə buradan gələn silah və hərbi texnika üçün anbar bazası yerləşdirib".
General həmçinin bildirib ki, Ukraynada keçirilən hərbi xüsusi əməliyyatın 18 günü ərzində Rusiya ordusu Ukrayna hərbçilərinin 3736 infrastruktur obyektini məhv edib.
“Ümumilikdə əməliyyat zamanı Ukraynanın 3736 hərbi infrastruktur obyekti sıradan çıxarılıb: 100 təyyarə, 139 pilotsuz uçuş aparatı, 1234 tank və digər zirehli döyüş maşını, 122 reaktiv yaylım atəş sistemi, 452 səhra artilleriya və minaatan, 1013 ədəd xüsusi təyinatlı hərbi texnika".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.