https://sputnik.az/20220313/moskva-ve-kiyev-arasinda-bezi-meselelerle-bagli-yaxinlasma-var---cavusoglu-440106274.html
Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək - Çavuşoğlu
Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək - Çavuşoğlu
Sputnik Azərbaycan
Rusiya və Ukrayna arasında üç raund danışıqlar keçirilib. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar... 13.03.2022, Sputnik Azərbaycan
2022-03-13T15:06+0400
2022-03-13T15:06+0400
2022-03-13T15:17+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
lavrov
putin
ərdoğan
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427011977_0:0:3087:1736_1920x0_80_0_0_8fcb270b4d605601ccc4503a01b08ae4.jpg
BAKI, 13 mart - Sputnik. Türkiyə vətəndaşlarının Mariupoldan təxliyəsi üçün Rusiyadan dəstək istəyib. RİA Novosti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü keçirdiyi mətbuat konfransında şənbə günü rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı ilə bağlı deyib."Danışıqlarımız zamanı mən Lavrovdan bu dəstəyi istədim", - Çavuşoğlu bazar günü mətbuat konfransında deyib.Daha sonra Çavuşoğlu Moskva və Kiyev arasında bəzi məsələlərə bağlı mövqelərin yaxınlaşdığını bildirib."Rusiya lideri Putinin dediyi kimi bəzi məsələlərdə yaxınlaşma var. Biz də bunu müşahidə edirik. Amma ilk növbədə atəşkəsə nail olmaq lazımdır", - deyə Çavuşoğlu vurğulayıb. Qeyd olunur ki, Rusiya və Ukrayna arasında üç raund danışıqlar keçirilib. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəliblər, lakin humanitar dəhlizlər tam işləməyib.Çavuşoğlu həmçinin Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın Antalyada keçirilən görüşündə Mariupolda humanitar dəhliz açılmasını təklif etdiyini bildirib:“Mən humanitar dəhlizin açılmasının zəruriliyi ilə bağlı məsələ qaldırdım. Amma təəssüf ki, tərəflər hələlik bu məsələdə anlaşa bilmirlər”.Bundan əlavə Türkiyənin xarici işləri naziri bildirib ki, Ərdoğanla telefon danışısı əsasında Putin Ukrayna Prezidenti Zelenski ilə görüşə qarşı olmadığını ifadə edib.Türkiyəli nazir həmçinin Rusiyaya qarşı sanksiyaların problemi həll etmədiyini və Ankaranın mövqeyinin çox aydın olduğunu deyib:"Mövqeyimiz açıq və aydındır: sanksiyalar problemləri həll etməyəcək", - deyə Çavuşoğlu vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220312/putin-almaniya-ve-fransa-liderleri-ile-ukraynadaki-veziyyeti-muzakire-edib-440094824.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427011977_69:0:2800:2048_1920x0_80_0_0_11fc5bed86aa452fa74080cae1f28940.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, lavrov, putin, ərdoğan, vladimir zelenski
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, lavrov, putin, ərdoğan, vladimir zelenski
Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək - Çavuşoğlu
15:06 13.03.2022 (Yenilənib: 15:17 13.03.2022) Rusiya və Ukrayna arasında üç raund danışıqlar keçirilib. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəliblər, lakin humanitar dəhlizlər tam işləməyib.
BAKI, 13 mart - Sputnik. Türkiyə vətəndaşlarının Mariupoldan təxliyəsi üçün Rusiyadan dəstək istəyib.
RİA Novosti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü keçirdiyi mətbuat konfransında şənbə günü rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı ilə bağlı deyib.
"Danışıqlarımız zamanı mən Lavrovdan bu dəstəyi istədim", - Çavuşoğlu bazar günü mətbuat konfransında deyib.
Daha sonra Çavuşoğlu Moskva və Kiyev arasında bəzi məsələlərə bağlı mövqelərin yaxınlaşdığını bildirib.
"Rusiya lideri Putinin dediyi kimi bəzi məsələlərdə yaxınlaşma var. Biz də bunu müşahidə edirik. Amma ilk növbədə atəşkəsə nail olmaq lazımdır", - deyə Çavuşoğlu vurğulayıb.
Qeyd olunur ki, Rusiya və Ukrayna arasında üç raund danışıqlar keçirilib.
İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəliblər, lakin humanitar dəhlizlər tam işləməyib.
Çavuşoğlu həmçinin Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın Antalyada keçirilən görüşündə Mariupolda humanitar dəhliz açılmasını təklif etdiyini bildirib:
“Mən humanitar dəhlizin açılmasının zəruriliyi ilə bağlı məsələ qaldırdım. Amma təəssüf ki, tərəflər hələlik bu məsələdə anlaşa bilmirlər”.
Bundan əlavə Türkiyənin xarici işləri naziri bildirib ki, Ərdoğanla telefon danışısı əsasında Putin Ukrayna Prezidenti Zelenski ilə görüşə qarşı olmadığını ifadə edib.
Türkiyəli nazir həmçinin Rusiyaya qarşı sanksiyaların problemi həll etmədiyini və Ankaranın mövqeyinin çox aydın olduğunu deyib:
"Mövqeyimiz açıq və aydındır: sanksiyalar problemləri həll etməyəcək", - deyə Çavuşoğlu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.