Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı 61 helikopter, 126 PUA məhv edilib

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
BAKI, 12 mart - Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə bağlı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Novoandreyevka və Kirilovka yaşayış məntəqələri üzərində nəzarəti təmin edib, sutka ərzində irəliləyiş 12 kilometr təşkil edib.
Operativ-taktiki, ordu və pilotsuz təyyarələr Ukraynanın 79 hərbi infrastruktur obyektini vurub. Ukrayna hərbçilərinə məxsus bir Mi-24 helikopteri və bir "Bayraktar"daxil olmaqla gün ərzində üç PUA vurulub.
Ümumilikdə Ukraynada keçirilən xüsusi əməliyyat zamanı 61 helikopter, 126 pilotsuz təyyarə, 1159 tank və zirehli texnika, 118 MLRS və 436 artilleriya qurğusu məhv edilib.
Əməliyyat zamanı ümumilikdə Ukraynanın 3593 hərbi infrastruktur obyekti sıradan çıxarılıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0