Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ryabkov Meta-nın məhkəməyə verilməsi, ABŞ-a qarşı adekvat addımlar barədə

© Thomas Peter / Pool Photo via APRusiya XİN başçısının müavini Sergey Ryabkov
Rusiya XİN başçısının müavini Sergey Ryabkov - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
XİN başçısının müavini tezliklə Rusiyanın qərb siyasətçiləri üçün personal sanksiyaları açıqlayacağını deyib: "Biz bununla məşqul oluruq. Bu gündəlik işin bir hissəsidir".
BAKI, 12 mart - Sputnik. Rusiya XİN başçısının müavini Sergey Ryabkov bəyan edib ki, Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə təkliflərinin tam olaraq qüvvədə qaldığını deyə bilməz, vəziyyət dəyişib.
"Mən bu tipli təkliflərin (Rusiyanın təhlükəsizlik zəmanətləri barədə təklifləri -red.) qüvvədə qaldığını deməzdim, konfiqurasiya tamamilə dəyişib, indi vəziyyət radikal şəkildə başqadır, məsələ rəhbərliyimizin xüsusi hərbi əməliyyat öncəsi qarşımızda qoyduğu hədəflərə çatmağı təmin etməkdədir, bu hədəflər dəfələrlə səsləndirilib, onları yaxşı məlumdur", - deyə Ryabkov "Pervıy kanal"ın efirində bildirib.
O deyib ki, Rusiya ABŞ-la Strateji hücum silahlarının ixtisarı barədə müqavilə və təhlükəsizlik məsələlərinə dair işləməyə hazırdır.
"Əgər amerikalılar buna hazır olarlarsa, biz dialoqu bərpa etməyə hazırıq, əlbəttə, bacararıq və bunu istəyirik. Əlbəttə, müəyyən fasilə yaranmış SHSİ çərçivəsində işə də hazırıq. Hər şey Vaşinqtondan asılıdır", - Ryabkov əlavə edib.
O, Vaşinqtonun Rusiya Federasiyası ilə təhlükəsizliklə bağlı danışıqlarda gündəmi dəyişmək cəhdlərini strateji səhv hesablama adlandırıb. Nazir müavini əlavə edib ki, Rusiya ilə ABŞ arasında təmaslar kəsilmir və davamlı olaraq davam edir: “Rusiyadan birtərəfli güzəştlər olmayacaq. Ötən illər ərzində biz daim vurğulamışıq ki, Rusiya tərəfdən heç bir birtərəfli güzəşt yoxdur və ola da bilməz".
Sergey Ryabkov bildirib ki, Rusiya “Meta” şırkətinə qarşı cinayət işinin açılması ilə bağlı ölkədəki ABŞ səfirliyinə nota təqdim edib. Məsələ Facebook və Instagram sosial şəbəkələrində yerləşdirilən rusiyalılara qarşı zorakılığa çağırışlardadır. Cinayət işi ekstremist fəaliyyətinə çağırışlar və terrorçuluq fəaliyyətinə dəstək maddələri ilə açılıb.
Ryabkovun sözlərinə görə, ABŞ-ın üçüncü dünya müharibəsi haqqında bəyanatları əsəblərlə oynamaq cəhdidir.
"Rusiya gərginləşdirmə kimi dəyərləndirilə biləcək bəyanat tipli heç bir addım atmır. Lakin ABŞ-ın yüksək vəzifəli rəsmisi açıq şəkildə üçüncü dünya müharibəsi təhlükəsi haqqında danışır. Bu əsəblərlə oynamaq cəhdidir, bu öz gündəliyini bütün dünya ictimaiyyətinə sırımaq cəhdidir", - Ryabkov vurğulayıb.
XİN başçısının müavini tezliklə Rusiyanın qərb siyasətçiləri üçün personal sanksiyaları açıqlayacağını deyib: "Biz bununla məşqul oluruq. Bu gündəlik işin bir hissəsidir".
O qeyd edib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq.
“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub. Bizim ABŞ rəsmiləri ilə əlaqələrimiz kəsilmir. Səfirliklərimiz və digər nümayəndələrimiz vasitəsilə əlaqələrimiz davam edir”, - S.Ryabkov əlavə edib.
Ryabkov bəyan edib ki, Rusiyanın Ukraynadakı əməliyyatından asılı olmayaraq sanksiyalar tətbiq olunacaqdı.
"Biz bilirdik və bilirik ki, amerikalılardan hər an hər hansı hiylə gözləmək olar. Biz indi şahidi olduğumuz bu vəziyyətə hazırlaşırdıq. Sanksiyalar xüsusi əməliyyatdan asılı olmayaraq tətbiq olunacaqdı", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat olmasaydı, Vaşinqton Rusiya əleyhinə tədbirlər həyata keçirmək üçün bəhanə tapardı.
Diplomat bildirib ki, Qərb açıq şəkildə Rusiyaya iqtisadi müharibə elan edib.
O, Qərbin Rusiya aviasiyasının uçuşuna qadağa qoymasını qanunsuz adlandırıb.
Ruisya XİN başçısının müavini həmçinin Rusiyanın hələlik Avropa Şurasından çıxmadığını deyib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Anatoli Antonov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Səfir Antonov kimyəvi silahdan istifadə barədə iddialara cavab verib
Xəbər lenti
0